10:24 Cümə, 21 Sentyabr 2018
GƏNCLİK

“Doğma Vətən” layihəsinin icrasına başlanılıb

21:41, 28.02.20182215
“Doğma Vətən” layihəsinin icrasına başlanılıb

Fevralın 28-də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə "Doğma Vətən” layihəsinin icrasına başlanılması ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələri bu bölgənin tarixi, mədəniyyəti, turizm potensialı, adət-ənənələri, folkloru, mətbəx nümunələri, habelə təbiət və mədəniyyət abidələrinin maketləri nümayiş olunub. Həmçinin şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən kitab sərgisi təşkil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova bildirib ki, "Doğma Vətən” layihəsinin əsas məqsədi məktəblilər arasında ölkəmizin müxtəlif guşələrini daha yaxından tanıtmaq, şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini, turizm potensialını təbliğ etmək və 6 nömrəli məktəb-liseyin şagirdlərinin Masallıya səfərini həyata keçirməkdir.

Sonra "Masallı” ansamblının müşayiəti ilə bəstəkar və xalq mahnıları, "Halay” xalq folkloru, "Bizim Masallı” rəqs kollektivləri tərəfindən isə rəqslər ifa olunub. Həmçinin 6 nömrəli məktəb-liseyin şagirdləri yerli və xarici mahnılar səsləndiriblər.

Daha sonra Masallının turizm potensialından bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, 6 nömrəli məktəb-lisey ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki kitabxanalar arasında sıx əməkdaşlıq var. Bu münasibətlər məhz belə layihələr çərçivəsində yeni istiqamətdə davam etdirilir.

 
///Azərtac
XƏBƏR LENTİ