18:17 Cümə Axşamı, 18 Aprel 2019
DÜNYA

“Donuz qripi” Gürcüstanda can almağa davam edir

22:17, 08.02.20195491
“Donuz qripi” Gürcüstanda can almağa davam edir
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.

Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun "donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür. 
XƏBƏR LENTİ