18:38 çərşənbə Axşamı, 19 Mart 2019
SAĞLAMLIQ

“Donuz qripi” vaksinasiyası yoxdur - Səhiyyə Nazirliyi təkzib etdi

11:53, 11.01.20192543
“Donuz qripi” vaksinasiyası yoxdur - Səhiyyə Nazirliyi təkzib etdi
"Ümumiyyətlə, donuz qripi vaksinasiyası yoxdur”.

AZXEBER.COM-un məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Medicina-ya bildirilib ki, ümumi qrip vaksinasiyaslı var ki, o da Azərbaycan da planlı şəkildə həyata keçirilməyib. 

Səhiyyə Nazirliyi onu da nəzərə çatdırıb ki, Azərbaycanda ьövsümi qripin səviyyəsi ötən illərlə müqaisədə çox aşağıdır: Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilərlər”.

Qeyd edək ki,  həkim-terapevt, hepatoloq Zaur Oruc mətbuata açıqlamasında Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirildiyini bildirib. Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər. Z. Oruc qeyd edib ki, peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub, onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir. Eyni zamanda bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar. Z.Oruc peyvəndin qiymətinin 38 manat olduğunu açıqlayıb.
XƏBƏR LENTİ