15:53 çərşənbə, 19 Dekabr 2018
DÜNYA

Dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır

22:09, 11.01.2018954
Dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır
Rusiyada dünya çempionunu öldürən azərbaycanlının məhkəməsi başlayır.
 
AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən bildirir ki, Xabarovskda pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin qətli ilə bağlı ilkin dinləmələr yanvarın 15-nə təyin olunub.

İclas qapalı rejimdə keçiriləcək. Həmin dinləmələrdə proses üzrə ilk məhkəmə iclasının tarixi, həmçinin prosesin qapalı və ya açıq keçiriləcəyi müəyyənləşdiriləcək.

Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində Xabarovskda kafenin qarşısında Andrey Draçevlə təqsirləndirilən şəxs Anar Allahverənov arasında mübahisə düşüb. İddiaya görə, təqsirləndirilən şəxs yumruq və təpiklərlə zərərçəkənin baş və bədən nayihəsinə çoxsaylı zərbələr endirib. Hətta o huşunu itirdikdən sonra belə Allahverənov ona başından 5 ağır zərbə endirib. Aldığı xəsarətlərin ağırlığından Draçev xəstəxanada dünyasını dəyişib.

İstintaq komitəsi qətllə bağlı cinayəti işi açıb. Təqsirləndirilən şəxs hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.
XƏBƏR LENTİ