12:02 Bazar Günü, 18 Noyabr 2018
SİYASƏT

Dünya mediası Əli Həsənovun məqaləsinə geniş yer ayırıb

13:13, 18.10.20182758
Dünya mediası Əli Həsənovun məqaləsinə geniş yer ayırıb
Bir sıra ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsini yaymaqda davam edir.
 
İranın "İRNA” xəbər agentliyi, Qazaxıstanın "Rezonans”, Gürcüstanın "Newsday”, "Gaxa”, Özbəkistanın "Kun.uz”, Qırğızıstanın "Goldenbridgenews”, Ukraynanın "Versii”, Moldovanın "Tribuna” portalları, Türkiyənin "Sanalbasın”, "Bafra55” saytları, "Gazetekars” qəzeti Əli Həsənovun bu məqaləsinə yer veriblər. Bundan başqa, Türkiyənin BİLGESAM (Müdrik İnsanlar Strateji Araşdırmalar Mərkəzi) Araşdırmalar Mərkəzi məqaləni tam şəkildə öz saytında yerləşdirib.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərdən ətraflı bəhs edilir. Həmçinin ölkəmizin iqtisadi sahədə uğurlarından, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açılır./Axar.az
XƏBƏR LENTİ