BAKU AZƏRBAYCAN
12°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

Dünya türkiyəli idmançıdan danışır - Kanatdan yıxılan uşağı belə xilas etdi - FOTO

Dünya türkiyəli idmançıdan danışır - Kanatdan yıxılan uşağı belə xilas etdi - FOTO
DÜNYA
22:57 17.02.2020
7350
FOTO" />
Türkiyənin milli xizək komandasının idmançısı Sıla Kara etdiyi hərəkətlə hər kəsin rəğbətini qazanıb.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, Çində təşkil ediləcək 2020-ci il Qış Olimpiya Oyunlarında iştirak hüququ almaq üçün 2 gün öncə Sloveniyada təşkil edilən yarışlara qoşulub. Final oyunundan əvvəl o kanatla yarışa başlayacağı start xəttinə qalxıb. Bu zaman onun yanında oturan oğlan uşağı müvazinətini itirib. Uşaq oturduğu yerdən aşağı yıxılarkən, Sıla dərhal ayaqlarını uzadıb ki, o tutuna bilsin.

Xizək ustası sloveniyalı uşağı 15 dəqiqə bu vəziyyətdə ayaqları ilə saxlayıb. Daha sonra xilasetmə qrupu gəlib və onu xilas edib. Hadisədən sonra türkiyəli idmançı yerli camaat arasında qəhrəman elan edilib. Hətta polis müdiri tərəfindən medalla mükafatlandırılıb.

İdmançı uşağın panik-atak keçirdiyini və kanatda qorxduğunu bildirib. Buna görə də o sürüşərək aşağı yıxılıb. Xoşbəxtlikdən cəld davranan idmançı əlcəklərini vaxtında çıxarıb və xizəklərindən yapışan uşağı 15 dəqiqə boyunca əlləri ilə havada tutub.
 

 


OXŞAR XƏBƏRLƏR