09:48 Cümə, 22 Iyun 2018
Maqazin

Dünyaca məşhur cütlük ayrıldı

15:13, 14.03.20181258
Dünyaca məşhur cütlük ayrıldı
Gigi Hadid ilə Zayn Malik ayrılıb.
 
AZXEBER.COM Türkiyə mətbuatina istinadən xəbər verir ki, məşhur model Gigi Hadid ilə ingilis müğənni Zayn Malik 2 ildir davam edən münasibətlərinə son qoyublar. Cütlük sosial media hesablarından artıq bir birilərini izləmirlər.
 
Zayn Gigi Hadid ilə ayrılığını bu sözlərlə bildirib: ”Gigi və mənim inanılmaz mənalı, əyləncəli münasibətimiz olub. Gigiyə bir qadın və dost olaraq hörmətim var. Onun inanılmaz bir ruhu var. Aldığımız bu çətin qərara və hər ikimizin şəxsi həyatımıza hörmət göstərən bütün izləyicilərimə minnatdaram. Bu xəbəri ilk bizdən eşitməyinizi istərdik. Hamınızı çox sevirik”.
 
Gigi Hadid isə Zayn ilə ayrılığını belə bildirib: ”Normalda ayrılıq xəbərləri çox da şəxsi olmur. Çünki iki insanın bir neçə il ərzində yaşadıqlarını sözlərlə ifadə etmək çox çətindi. Sevgi və hörmət bəslədiyim dostumu dəstəkləməyə davam edəcəm".
 
Nərmin İbrahimova
 

XƏBƏR LENTİ