16:57 çərşənbə, 23 May 2018
MARAQLI

Dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib

19:17, 17.11.2017968
Dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib
Çində dünyada ilk dəfə meyit üzərində insan başının transplantasiyası uğurla həyata keçirilib.
 
AZXEBER.COM Trend-ə istinadən məlumatına görə, bu barədə əməliyyatla bağlı Vyanada keçirilən mətbuat konfransında italiyalı cərrah Serco Kanavero bildirib.
 
Onun sözlərinə görə, əməliyyat 18 saat çəkib. Əməliyyat zamanı onurğa sütunu, sinir və qan damarlarını bərpa etmək mümkün olub.
 
İtaliyalı cərrah bildirib ki, canlı insan üzərində belə əməliyyatın keçirilməsi də yaxın zamanlarda mümkün olacaq.
XƏBƏR LENTİ