02:28 çərşənbə Axşamı, 17 Sentyabr 2019
MARAQLI

“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq”

20:45, 23.08.20193621
“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq”
"Su resursları düzgün idarə edilməsə, BMT inkişafla bağlı qarşısına qoyduğu məqsədlərdən heç birinə çatmayacaq".

Su təmizlənməsi ilə məşğul olan "Suez" şirkətinin rəhbəri Jan-Lui Şossad bu fikirdədir.
 
AZXEBER.COM Bizimyol.info.az-a istinadən bildirir ki, şirkət rəhbəri "Le Figaro"ya müsahibəsində insanların istidən əvvəl susuzluqdan qırılacağını bildirib.

Mütəxəssisin fikrincə, oyun qaydalarını hökumətlər müəyyənləşdirməlidir, şirkətlər isə lazımi texnologiyalara uyğunlaşmalıdır. Jan-Lui Şossad deyir ki, özəl sektorla hökumət problemin həlli üçün birlikdə işləməlidir.

Şossad kənd təsərrüfatına dəstəyin vacibliyini qeyd edib. Söyləyir ki, kimyəvi maddələrdən daha az istifadə olunmalıdır. Bu halda su mənbələri də nitratlarla az çirklənər.

Mütəxəssis bildirir ki, Hindistan və Çin kimi ölkələr yeraltı mənbələrdən çox istifadə edə bilmir. Çünki həmin mənbələrdə suyun bərpası yüzillər sürür.

Şossad qlobal istiləşmə, iqlim dəyişikliyi haqda çox danışıldığını, amma su çatışmazlığının daha böyük problem olduğunu qabartmaq istəyir.
XƏBƏR LENTİ