17:23 Cümə Axşamı, 15 Noyabr 2018
İQTİSADİYYAT

“Dünyagöz”dən məcburi köçkünlər üçün möhtəşəm aksiya – FOTOLAR

15:11, 06.11.20182748
“Dünyagöz”dən məcburi köçkünlər üçün möhtəşəm aksiya – FOTOLAR

Türkiyənin "Dünyagöz” xəstəxanalar qrupunun Bakı filialı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə 31 oktyabr-1 noyabr tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə salınmış "Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi təşkil edib.

 

AZXEBER.COM xəbər verir ki, humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların oftalmoloji problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərmək idi.


Ödənişsiz tibbi aksiya zamanı müraciət edən məcburi köçkünlər ən müasir göz müayinə aparatından keçirilərək, həkim qəbulunda olub, məsləhətlər verilib, ehtiyacı olan şəxslər resept və eynəklər yazılıb.

 

Qeyd edək ki, Dünyagöz Bakı xəstəxanası fəaliyyət göstərdiyi 1 ildən çox müddətdə sosial layihələri zamanı qocalar evində, uşaqlar evində, hərbi hissələrdə, "TƏHSİLƏ DƏSTƏK”kampaniyası ilə təhsil mərkəzlərində, əhalinin sıx olduğu məkanlarda 100 000-dən çox insana ödənişsiz göz müayinəsi heyata keçirib.

 

Humanitar aksiyanın məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.

 

 

 

 

 

 


XƏBƏR LENTİ