03:59 şənbə, 16 Noyabr 2019
Maqazin

"Dünyanın ən bahalı ətirini vururam, heç vaxt mazut iyi gələnin yanında oturmaram" - VİDEO

12:35, 14.10.201910633
Əməkdar artist Vasif Məhərrəmli kişilərinin estetik-plastik əməliyyatlara müraciət etməsini müsbət qarşılayıb.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, ifaçı özünün də saç əkdirdiyini xatırladaraq onlara haqq qazandırıb:

"Kim edirsə, normal baxıram. Saç əkimi məndə də olub, danmayacam. Heç də peşiman deyiləm. Elə bir insan ola bilməz ki, onun saçları tökülsün, kompleks yaşamasın. Mümkün deyil! Ələxxüsus da səhnə adamı. Səhnə gözəllik, qədd-qamət, yaraşıq tələb edir.

Çirkin insan yoxdur, gərək özünə baxasan. "Kişidən mazut iyi gələr" deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram".
 
XƏBƏR LENTİ