02:39 Cümə, 23 Fevral 2018
MARAQLI

Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri - SİYAHI

15:38, 24.04.2017610
Dünyanın ən təhlükəli və təhlükəsiz şəhərləri - SİYAHI

 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi dünyanın ən təhlükəsiz şəhəri hesab edilib.

Bu, "Numbeo.com" saytı tərəfindən tərtib olunan reytinq cədvəlində əksini tapıb. Reytinqdə 378 şəhərin adı qeyd olunub.
 
İlk onluğa Almaniyanın Münhen, Tayvanın Taybey, İsveçrənin Bazel, Qətərin Doha, Hindistanın Manqalor və İsveçrənin Zürix şəhəri və Sinqapur daxil edilib. Saytın hesablama metodikasına əsasən əgər cinayətkarlıq səviyyəsi şəhərdə 20 baldan azdırsa, o şəhər təhlükəsiz sayılır. Əbu-Dabidə bu indeks 14,44-dür. 20-40 bal indeksə malik ölkələr isə aşağı cinayətkarlıq səviyyəsi olan ölkələr hesab olunur. Bu kateqoriyaya 27,47 balla 71-ci yerdə qərarlaşan Azərbaycan da daxildir. Həmçinin buraya 21,35 balla 28-ci yerdə Minsk və 29,18 bala 88-ci yerdə qərarlaşan İrəvan da daxildir.
 
Moskva bu siyahıda 45,32 balla  205-ci yerdədir.
 
Dünyada ən təhlükəli şəhər isə Venesuelanın Karakas şəhəri hesab olunur. Burada cinayətkarlığın səviyyəsi 86,61 balla ölçülüb. Təhlükəli ölkələr onluğuna Hondurasın San-Pedro-Sula, Cənubi Afrika Respublikasının Pitermaritsburq, Yohannesburq, Pretoriya və Durban şəhərləri, Braziliyanın Rio-De-Janero və Resife şəhərləri və Malayziyanın Selanqor şəhəri daxildir. 

///Apa
 
0
XƏBƏR LENTİ