20:34 Bazar Ertəsi, 22 Aprel 2019
İDMAN

Dünyanın ən yaxşı qadın futbolçusu Messidən 325 dəfə az maaş alır

20:35, 03.04.20193426
Dünyanın ən yaxşı qadın futbolçusu Messidən 325 dəfə az maaş alır
Dünyanın ən yüksək ödənişli qadın futbolçusu müəyyənləşib.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, Norveç yığmasının hücumçusu Ada Hegerberqdir. Fransanın "Lion" klubunda çıxış edən 23 yaşlı forvardın illik maaşı 400 min avro təşkil edir.

Dünyanın ən yüksək ödənişli kişi futbolçusu isə argentinalı Lionel Messidir. İspaniya "Barselona"sının kapitanı ilinə 130 milyon avro qazanır. Bu isə o deməkdir ki, Hegerberq Messidən 325 dəfə az pul alır.

Qeyd edək ki, Ada Hegerberq ötən il "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının ilk qadın laureatçısı olub. 
XƏBƏR LENTİ