01:13 Cümə, 15 Noyabr 2019
DÜNYA

Dünyanın ən zəngin adamlarının siyahısı - FOTO

19:00, 06.11.201914172
Dünyanın ən zəngin adamlarının siyahısı - FOTO

"Forbes” dünyanın ən zəngin 10 adamının yeni siyahısını təqdim edib.

Siyahıda birinci yeri Amazon.com saytının rəhbəri və qurucusu Ceff Bezos tutur. Onun sərvəti 112,2 milyard dollar təşkil edir.

Bezos eyni zamanda "The Washington Post” qəzeti və "Blue Origin” aerokosmik kompaniyasının yaradıcısı və rəhbəridir.

 

Siyahıda ikinci yeri 107 milyard dollar sərvətə malik olan Bernar Arno tutur. "Louis Vuitton” brendinin sahibi bizneslə məşğul olmağının pul qazanmaq məqsədi daşımadığını deyib.

Üçüncü yerin sahibi "Microsoft” şirkətinin ortağı amerikalı təşəbbüskar, ictimai xadim Bill Qeytsdir. Onun sərvəti 106,9 milyard dollardır.

Dördüncü yerdə Uorren Baffet qərar tutub. Baffetin sərvətinin dəyəri 87,1 milyard dollar təşkil edir. O, insanlıq tarixində ən böyük xeyriyyəçi hesab olunur.

"Facebook” sosial şəbəkəsinin qurucusu, amerikalı proqramist  Mark Zükerberq isə beşinci yerdədir. Sərvəti 72,1 milyard dollar təşkil edir.

Altıncı yerin sahibi 70 milyard dollara sahib olan ispaniyalı milyarder Amansio Orteqadır.

Yeddinci yerdə isə, "Oracle” şirkətinin texniki direktoru Lari Errison qərarlaşıb. Onun sərvətinin ümumi dəyəri 68,2 milyard dollar təşkil edir.

Siyahıda səkkizinci yeri meksikalı milyarder Karlos Slim tutur. O, "Grupo Carso”nun sahibidir. Sərvəti 61,4 milyard dollardır.

Növbəti, doqquzuncu yer "Google” şirkətinin qurucularından biri olan Larri Peycə məxsusdur. Onun sərvətinin 58,8 milyard dollar olduğu bildirilir.

Nəhayət, onuncu pillədə Fransuaza Bettankur Mayers 57,7 milyard dollarla qərar tutub. 

 

oxu.az

XƏBƏR LENTİ