"Düşmənə ciddi zərər vurmaq tapşırığı verilib" - Zakir Həsənov

21 Aprel 2017, 12:02
AAA
Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Silahlı Qüvvələrin 2017-ci qış tədris dövrünün birinci rübündə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Təlimlərin nəticələrini də təhlil edən Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

Oxunma sayı : 5650

SON XƏBƏRLƏR
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Müştəri "Bank of Baku"nun soyğunçuluğunun üstünü açdı: "Pullarımızı belə oğurlayırlar" (FOTOFAKT) - 23 Sentyabr 2017, 10:36
İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi - 23 Sentyabr 2017, 10:16
Bakıda qardaş bacısını bıçaqladı - 23 Sentyabr 2017, 10:13
Ağcabədidə ağır qəza: Ölən var - 23 Sentyabr 2017, 10:10
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 10:08
Toy gecəsi gəlin öldü, bəy türməyə girdi - 23 Sentyabr 2017, 10:04
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - 23 Sentyabr 2017, 10:01
“Fab Boyalar” şeir çələngində - FOTOLAR - 23 Sentyabr 2017, 10:00
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 09:46
Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ - 23 Sentyabr 2017, 02:14
Aygün Kazımova səhnəyə qısa libas və siqaretlə çıxdı - Video 16+ - 23 Sentyabr 2017, 01:31
Arif Əsgərovun Azərbaycandan qaçan oğlu şahid imiş: Keçmiş rəisin oğlu niyə qaçıb? - 22 Sentyabr 2017, 18:44
“Çelsi” rəsmən təsdiqlədi: Dieqo Kosta “Atletiko”da! - 22 Sentyabr 2017, 18:20
Prezident Səudiyyə Ərəbistanı kralını və vəliəhdi təbrik etdi - 22 Sentyabr 2017, 18:13
Ramil Usubovdan yeni təyinat - 22 Sentyabr 2017, 17:56
Sabiq nazir müavinin oğlu ölkədən çıxıb - 22 Sentyabr 2017, 17:47
Üzeyir Hacıbəyovu təhqir edən şirkət "FCB Artgroup Baku" imiş - AÇIQLAMA - 22 Sentyabr 2017, 17:43
Üç günə olan məzənnə açıqlandı - 22 Sentyabr 2017, 17:38
Həbsdə olan bələdiyyə sədri vəfat etdi - 22 Sentyabr 2017, 17:24
Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası - 22 Sentyabr 2017, 17:17
Prezident: Azərbaycan iqtisadi gücü sürətlə artan ölkədir - 22 Sentyabr 2017, 17:13
Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı - 22 Sentyabr 2017, 16:55
Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO - 22 Sentyabr 2017, 16:42
“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş - 22 Sentyabr 2017, 16:29
DİN: Yataqxanadakı yanğında 1 polis xəsarət alıb - 22 Sentyabr 2017, 16:26
Həbsdəki general: «Jurnalistlər yoxdursa, sözümü deyim...» - 22 Sentyabr 2017, 16:09
Samiraldonun əməliyyat xəbəri yalan çıxdı? - AÇIQLAMA - 22 Sentyabr 2017, 16:05
Qənirə Paşayevadan Kırşehirdə Qarabağ çağırışı etdi - 22 Sentyabr 2017, 15:46
"Xoşqədəm yalandan bu hadisəni şişirdib, şou düzəldir" - Bələdiyyə sədri - 22 Sentyabr 2017, 15:37
Rusiya hərbi gəmiləri Bakı limanını tərk etdi - 22 Sentyabr 2017, 15:27
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10