04:46 çərşənbə, 26 Sentyabr 2018
ÖZƏL

Dövlət bayrağı meydanında müəmma: 8 aydan sonra meydan sökülür

12:48, 17.06.20187623
Dövlət bayrağı meydanında müəmma: 8 aydan sonra meydan sökülür
2017-ci ilin avqustunda müəmmalı şəkildə endirilən bayraqdan sonra dirəyi də söküldü. Dənizkənarı Bulvar İdarəsi müəmmanın adını "texniki baxış” qoysa da,  Baş nazirin sabiq müavini Abid Şərifov bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib dedi: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü”.

Öncə bayraq və dirək yığışdırıldı, sonra isə Bayraq meydanını sökməyə başladılar.

Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı sərəncamına əsasən, Bakı şəhərində Dövlət bayrağı meydanı yaradılıb. 2007-ci il 30 dekabr tarixində Prezidentin iştirakı ilə meydanın təməli qoyulub. 2010-cu il sentyabrın 1-də təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradırdı. 

Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar olan meydanda xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Qeyd edək ki, bir müddət öncəyədək Dövlət bayrağı meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır. Bayrağın çəkisi yaş halda artır. Bayraq dirəyi pyedestal üzərində yerləşirdi. Pyedestal Prezident İlham Əliyevin şəxsi ideyasına uyğun olaraq, səkkizgüşəli ulduz formasında tikilib.

Ümumilikdə bayrağı dəyişmə prosesi - 16-17 dəqiqə çəkirdi. Budəfəki müəmmalı "bayraq dəyişmə” prosesi isə hələ ki, 8 aydır davam edir...

Bir neçə gün öncə Dövlət bayrağı Meydanında söküntü işlərinə başlanılıb. Əraziyə texnika cəlb olunub və meydanın bir hissəsi qazılıb.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsindən açıqlama almaq istəsə də, hər hansı cavab almaq mümkün olmayıb.
 
modern.az
 




XƏBƏR LENTİ