09:27 şənbə, 16 Dekabr 2017
SİYASƏT

Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır

19:19, 05.12.2017381
Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri dayandırılır
Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmət istifadəçilərinə müraciət edib.
 
DİM-dən  verilən məlumata görə, DİM tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə Mərkəzin informasiya texnologiyaları infrastrukturunda - yeni veb serverlərin quraşdırılması və işə salınması, hazırda istifadədə olan veb və məlumat bazaları serverlərinin proqram təminatının yeni versiyalı təminatla əvəz edilməsi və təhlükəsizliyi təmin edən, məlumat bazaları və proqram layihələri ilə işi asanlaşdıran proqram vasitələrinin quraşdırılması və s. digər zəruri işlərin həyata keçirilməsi nəzərdə tutulub.
 
Tələb olunan işlərin həyata keçirilməsi üçün DİM-in elektron xidmətlərinin göstərilməsi dekabrın 7-dən 12-dək dayandırılacaq.
 
Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.
0
XƏBƏR LENTİ