17:03 şənbə, 16 Dekabr 2017
SOSİAL

Dövlət qulluğuna qəbul üzrə müsabiqə — 25 nəfər qəbul edildi

21:29, 21.09.2017319
Dövlət qulluğuna qəbul üzrə müsabiqə — 25 nəfər qəbul edildi
24 iyul 2017-ci il tarixdə elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələr başa çatıb.

AZXEBER.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, müsahibələrdə 6 dövlət orqanında - Sumqayıt Apellyasiya Məhkəməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işə qəbul olmaq üçün 53 namizəd iştirak edib. Onlardan 25 nəfəri vəzifəyə uyğun, 21 nəfər uyğun hesab edilməyib, 7 nəfər isə iştirak etməyib.
 
Sumqayıt Apellyasiya Məhkəməsində 1 nəfər uyğun, 6 namizəd isə uyğun hesab edilməyib. 2 nəfər müsahibədə iştirak etməyib.
 
Kənd Təsərrüfatı Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyində işə qəbul olmaq üçün hər bir dövlət orqanı üzrə 1 namizəd müsahibədə iştirak edib. Onların hər ikisi işə uyğun hesab edilib.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə müsahibədə iştirak edən heç bir namizəd vəzifəyə uyğun hesab edilməyib. Belə ki, bu dövlət orqanı üzrə müsahibəyə sənəd verən 4 namizəddən 2-si uyğun hesab olunmayıb, 2-si isə iştirak etməyib.
 
Dövlət Statistika Komitəsi üzrə müsahibədə 20 namizəd iştirak edib. Onlardan 2-si iştirak etməyib, 8 nəfər uyğun, 10 nəfər isə vəzifəyə uyğunsuz hesab edilib.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 18 nəfər müsahibədə iştirak edib. Onlardan 14 nəfəri vəzifəyə uyğun, 3 nəfər uyğunsuz hesab edilib. 1 nəfər isə müsahibədə iştirak etməyib.
0
XƏBƏR LENTİ