20:07 Cümə Axşamı, 21 Fevral 2019
İQTİSADİYYAT

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi təsdiq olundu

12:57, 22.11.2013897
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi təsdiq olundu

Milli Məclisin plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcəsi təsdiq olunub.

AZXEBER.COM xəbər verir ki, fondun gəlirləri və xərcləri hər biri 2 mlrd. 928,5 manat həcmində təsdiqlənib.

Millət vəkilləri 2014-cü ildə yaşayış minimumunun 125 manat olması, ehtiyac meyarının 100 manat olmasını təsdiqləyiblər.

Yaşayış minimumu əhalinin əməkqabiliyyətli hissəsi üçün 136 manat, uşaq və pensiyaçılar üçün 103 manat olacaq.

XƏBƏR LENTİ