Döyüşdən qaçıb, "söyüş"ə bulaşanlar...

Döyüşdən qaçıb, "söyüş"ə bulaşanlar...
SİYASƏT
22:10 24.03.2018
8198

 

Hacıbəy Heydərli 

 

"Böyük insanlar heç vaxt söyüş söyməz, söyüş onu eşitmək istəyənlərin ən böyük alətidir”. Hz. Əli

Ölkəmizdə son günlərin ən aktual məsələsi xaricdə yaşaya bir qrup şəxsin söyüş kampaniyası ilə özlərini realizə etmələri və içlərindəki kini, aqressiyanı məhz bu yolla cəmiyyətə ötürməsi üzərində qurulub.

Düşünürəm ki, bu mövzuda fikir bildirmək və yazı yazmaq haqqı olan şəxslərdən biri də mənəm. Çünki hələ 5 il öncə Prezident seçkiləri öncəsi də analoji hal təkrarlanmış və o ərəfədə ən böyük hədəflərdən biri olmuşduq. Buna səbəb isə Türkiyə televiziyasında dediyim bu sözlər idi: "Azərbaycanda internet azaddır, hər kəs istədiyi fikri, istədiyi şəkildə yazır. Dövlətimiz də buna görə heç kimə senzura qoymur”.

Həmin ərəfədə bir qrup NİDA-çı gənc adminləri bəlli olmayan səhifələrdə hakimiyyəti müdafiə edən gənclərə qarşı səlib yürüşünə başlamışdı, haqqımızda ən böyük hədələr, təhqirlər, böhtanlar səslənirdi. Dəfələrlə həmin şəxsləri debatlara, sağlam rəqabətə, diskussiyaya dəvət etsək də, onlar bundan yayınırdılar və yalnız öz yaxınları ilə danışdıqları tonda mübarizə aparırdılar.

Əslində isə bizim ən böyük suçumuz doğru bildiyimiz dəyərləri, dövlətimizi, Prezidentimiz İlham Əliyevi müdafiə etməyimiz idi. "Bizim kimi düşünməyən bizdən deyil” fəlsəfəsi ilə yaşayan bu gənclərin söyüş kampaniyasına səssiz qalanlar az deyildi, çoxları isə buna görə onları qınayırdı.

Ancaq zaman göstərdi ki, bu mübarizə forması deyil və həmin şəxslər seçkidən sonra yoxa çıxdılar, bəlli oldu ki, kimlərinsə qrantı, pulu, maddi dəstəyi bitib. Növbəti seriya isə qarşıdan gələn seçkilərdə olacaq imiş…

Və.. 2018-ci il seçki ərəfəsində bu adamlar yenidən peyda oldu: Bu dəfə başqa adda, başqa rolda, başqa simada…

1 il öncəyə qədər heç kim onları tanımırdı. Bu gün isə onlar canlı yayımlarını 1500 adamın izləməsi ilə qürurlanır. Onlara xatırlatmaq istərdim ki, bu gün "instagram”da hansısa stilistin, prodüserin, vinerin də canlı yayımını 5-10 min insan izləyir. Bu heç bir halda bu göstərici sayıla bilməz, bəylər, özünüz özünüzü aldatmayın.

Bu gün bu adamlar "youtube”də, "facebook”da cəzasızlıq mühiti yaradıb, istədikləri adama şər, böhtan atırlar, istədiklərini təhqir edirlər. Ancaq bu günə qədər höküməti və dövləti müdafiə edən şəxslər bu adamlara qarşı heç vaxt öz dilləriylə danışmayıb. Hər zaman onları kişi kimi mübarizəyə, debatlara, diskussiyalara çağırıblar, qarşılığında isə hər zaman təhqir, söyüş, böhtan görüblər. Bu da Azərbaycanda yaşayan vətənpərvərlərlə, Avropada yaşayan "demokrat”ların fərqi.

Bu gün Azərbaycan hakimiyyətini "trollara” görə qınayan bu şəxslər özləri də yaxşı bilirlər ki, virtual aləmə "trol” ənənəsini özləri gətirib, illər öncə yaradılan saxta profillər, adminləri bəlli olmayan səhifələr, gizli qruplar məhz bugünkü radikalların məhsuludur. Ancaq çox keçmədi ki, onların "trol” siyasəti də iflasa uğradı və bu gün sosial şəbəkələrdə minlərlə dövlətçi gənc var ki, həmin şəxsləri ifşa edir.

Bu adamlar Azərbaycan hakimiyyətini, Prezidenti dözümsüzlüklə ittiham edir, ancaq öz səhifələrində minlərlə insanı bloka atırlar, adi bir smaylikə görə istifadəçiləri "ban” edirlər. Və ən acınacaqlısı odur ki, bütün günü demokratiyadan, söz, fikir azadlığından danışanlar edir bunu. Siz adi bir "comment”ə dözüm göstərə bilmirsiz, gör əlinizdə başqa imkanlar olsa nə edərsiz...

Avropada oturub, dövlət əleyhinə kampaniya aparan şəxslər bir zamanlar zənn edirdi ki, sosial şəbəkələr yalnız bunların kurasiyasında olan sahədir və ora heç kim daxil ola bilməz. Ancaq bu gün təkcə azxeber.com-un facebook səhifəsində 560 mindən çox real istifadəçi var ki, onların bütün səhifələrini, profillərini toplasan bu qədər etməz. Məhz bu səbəbdən də hər zaman haker hücumlarına, xaricdən basqılara məruz qalmışıq. Ancaq bu adamları danışdıranda deyirlər ki, sosial şəbəkələrdə alternativimiz yoxdur. Əgər söhbət mübarizədən gedirsə, istənilən kompanentdə sizi üstələyə bilərik, sadəcə sizdən fərqimiz odur ki, biz döyüşlə, söyüşü ayırd edə bilirik. Şüvənliklə mübarizə aparmırıq.

Bu günlərdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov bu şəxslərə özlərini hegemon saydıqları platformada – "facebook”da cavab verdi. Əli müəllim "Burada mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yaşayanları mədəni, etik çərçivədə mübarizəyə səslədi.

Sitat: Özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz!

Əli Həsənovun Avropada yaşayanlara hansısa media orqanında deyil, birbaşa "facebook” səhifəsində cavab verməyi onu göstərir ki, bu adamlar hətta qəzet vərəqlərinə belə yaraşmayan şəxslərdir və onları ciddiyə almağa lüzum yoxdur.

Və ən nəhayət bu o deməkdir ki, Azərbaycan hakimiyyəti sosial şəbəkələrdən qorxmur, ondan qaçmır. Əksinə, ona qarşı mübarizə aparanları elə onun meydanında arqument və faktlarla məhv edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı