Əbülfəz Qarayevdən şok qərar: Nazirliyinin bütün rayon şöbələri ləğv edildi

11 Noyabr 2016, 14:58
AAA
Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin yeni qərarı ilə, nazirliyin rayon şöbələri ləğv edilib. Bu barədə Sputnik-ə nazirlikdəki mənbə məlumat verib.
 
Maddiyyət qədər ucuzlaşan mədəniyyət Mənbənin sözlərinə görə, bu məsələ bir neçə ay öncədən planlaşdırılsa da, qərar ötən günlərdə verilib. Qərara əsasən, rayonlardakı yerli şöbələr faktiki olaraq ləğv edilib, onların rəhbərliyi və əməkdaşları işdən azad olunub. Yeni qərar gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin vaxtadək şöbələr fəaliyyətini, işçilər isə işlərini davam etdirəcəklər. Mənbə əlavə edib ki, ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional mədəniyyət idarələri yaradılacaq. İdarənin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş 4 rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.
 
Xəbəri dəqiqləşdirmək və əlavə məlumatlar əldə etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Nazirlikdən Sputnik-ə verilən açıqlamada xəbəri təkzib etməsələr də, detallar barədə açıqlama da vermədilər. Bildirildi ki, bu istiqamətdə işlər tam yekunlaşmadığı üçün, əlavə məlumat verə bilməyəcklər. Sözügedən yenilik bir sıra suallar ortaya çıxarır: Əvvəla, bu qərar hansı zərurətdən meydana çıxdı? Ölkənin mədəniyyət siyasətində nə kimi dəyişikliklərə səbəb olacaq? Ləğv olunan şöbələrin, ümumilikdə nə qədər əməkdaşı işsiz qalacaq? İşini itirmiş əməkdaşlarının aqibəti necə olacaq?
 
Bu və digər suallara nazirliyin özündən cavab almağı çox istərdik. Təəssüf ki, cəhdlərimiz nəticəsiz qaldı. Bununla belə, məsələyə Milli Məclisin deputatlarının münasibətini öyrəndik. Parlamentin Mədəniyyət komitəsinin keçmiş sədri Nizami Cəfərov haqqında söhbət gedən struktur dəyişikliklərini faydalı hesab edir: "Bu, dövlət səviyyəsində verilmiş qərardır. Bunun əhəmiyyəti odur ki, istər təhsil, istər mədəniyyət, istərsə də digər sahələrin regional şəkildə idarə olunması daha doğrudur. Bunun həm idarəçilik baxımdan, həm geniş bir bölgəni idarə etmək baxımından, həm maliyyə baxımından böyük əhəmiyyəti var". "Hal-hazırkı sistem — hər rayonda bir şöbənin olması iş prosesinin daha effektli getməsinə imkan vermir. Bunun üzərində illərdir düşünülüb və belə qərar verilib ki, regional idarələr yaradılsın", — deputat bildirib.
 
O, ləğv olunan şöbələrin işdən çıxarılan kadrlarına yeni iş veriləcəyini də qeyd edib: "Müəyyən qədər ixtisarlar olacaq, amma ümumilikdə yeni sistem və effektli iş üçün bu, cüzi bir itkidir. Yerdə qalan işçilər başqa sahələrdə yerləşdiriləcək. O qədər də çox kadr itkisi olmayacaq. Bunlar hamısı düşünülüb"
 
Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva da şöbələrin ləğvini səmərəli idarəetmə cəhətdən vacib sayır: "Hər rayonda mədəniyyət şöbəsinin olmasına artıq ehtiyac yoxdur. Bütün dünya iqtisadi böhran yaşayır, eyni zamanda neft qiyməti aşağı düşür. Buna görə də Azərbaycan rəhbərliyi maksimal dərəcədə vəsaitlərə qənaət edərək islahatlar keçirir və daha səmərəli işlər görülür". "Hər rayonda bir mədəniyyət şöbəsinin olması, amma görülən işin səmərəli olmamasındansa, bir neçə rayonu əhatə edən bir idarənin olması və daha səmərəli fəaliyyət göstərməsi məqsədəuyğundur. Bu, işçilərin işləməsindən, vətənpərvərliyindən, vicdanından asılıdır", — G. Baxşəliyev bildirib. Kadrların ixtisarı və işsiz qalan əməkdaşların aqibəti haqda isə millət vəkili belə düşünür: "Regional mərkəzlərin işçiləri daha çox məvacib alacaqlar. 10 nəfərə az maaş verməkdənsə, 3-5 nəfərə daha çox maaş verib, daha keyfiyyətli iş tələb etmək sərfəlidir". "Bu sistem bütün dünyada hər bir ölkədə tətbiq olunur. Kapitalist sistemi budur. Daha savadlı, daha potensiallı kadrlar tez və yaxşı iş tapa bilirlər. Bunun özü də gənclərin öz üzərində daha çox işləmələrinə səbəb olur. Biz ölkəmizin inkişafını istəyiriksə, bu kimi islahatlara getməliyik", — deputat vurğulayıb. 


Oxunma sayı : 4590

SON XƏBƏRLƏR
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Metronun 28 May stansiyasının qarşısında ölüm hadisəsi – FOTO - 23 Sentyabr 2017, 13:46
Masallıda məktəb binasını şadlıq sarayına çevirirlər? - VİDEO - 23 Sentyabr 2017, 13:35
“CBC Sport”un rəhbəri boşandığı qadınla təkrar evlənir - Toy səfirlikdə olacaq - 23 Sentyabr 2017, 13:05
Azərbaycanda hərbçini tüfənglə vurub su quyusuna atdılar - 23 Sentyabr 2017, 12:50
Şimşək çaxacaq, yağış yağacaq - 23 Sentyabr 2017, 12:47
Azərbaycana payız gəlib - 23 Sentyabr 2017, 11:36
Tovuzda doğuş zamanı körpə öldü - 23 Sentyabr 2017, 11:02
Nişanlısını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb - 23 Sentyabr 2017, 11:00
Müştəri "Bank of Baku"nun soyğunçuluğunun üstünü açdı: "Pullarımızı belə oğurlayırlar" (FOTOFAKT) - 23 Sentyabr 2017, 10:36
İki uşaq atası özünü öldürmək istədi, atası xilas etdi - 23 Sentyabr 2017, 10:16
Bakıda qardaş bacısını bıçaqladı - 23 Sentyabr 2017, 10:13
Ağcabədidə ağır qəza: Ölən var - 23 Sentyabr 2017, 10:10
Medianews.az saytı 5 yaşında - 23 Sentyabr 2017, 10:08
Toy gecəsi gəlin öldü, bəy türməyə girdi - 23 Sentyabr 2017, 10:04
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10