MTRŞ efirdə danışığını bilməyən aparıcıların adını açıqladı - SİYAHI

16 Avqust 2017, 14:10
AAA
Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri teleradio məkanında ədəbi dilin normalarına əməl olunması ilə bağlı monitorinq aparıblar.

AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumata görə, iyun-iyul aylarını əhatə edən monitorinqin nəticəsi olaraq hazırlanan hesabatda Azərbaycanın ədəbi dilinin normalarını pozan aparıcıların adları açıqlanıb. 

Hesabata əsasən, "Space" telekanalında yayımlanan "Hər səhər”in aparıcısı Kəmalə Hüseynova verilişlərin birində belə bir fikir səsləndirib: "İndi studiyamıza mənim də çox sevdiyim, hətta o, mahnılarını oxuyanda həmişə verilişlərimdə birdən fikirləşirəm ki, kontrolumu itirirdim hərdən (söz sırasının pozulması)".

Bundan başqa, xanım aparıcı bir neçə verilişində də ədəbi dil normalarını pozub: 

- Çox gözəl mahnıdır. Əsas da insanı nə belə yuxarılara qaldırır ruhunu onun sözləri (Əsas da onun sözləri insanın ruhunu çox yüksəklərə qaldırır) (söz sırasının pozulması).
- Doğrudan da, elə insanlar var ki, deyir ki, mənim nəyimə lazımdır səmimilik (söz sırasının pozulması).
- Siz yaxşı olmasanız, mən necə yaxşı ola bilərəm. Mən tamaşaçılarımdan asılıdır (asılıyam) (uzlaşmanın pozulması).
- Biz bu günləri (bu gün) çox gözəl söhbətlərimiz olacaq ( Bizim bu gün çox gözəl söhbətlərimiz olacaq).
- Qonaqları sizə təqdim eliyirəm. Respublikanın əməkdar artisti, gözəl xanım müğənnimiz Nuriyyə Hüseynova xanım (Nuriyyə xanım Hüseynova) burdadır.
- Sözün düzü, doğrudan da, qısqanclıq elə vaxt olur ki, bir qədər yuxarı qalxdıqca, qısqanclıq çoxaldıqca insanda sonu dəhşət olur (artıqlıq).
Monitorinqi aparan mütəxəssislər hesab edirlər ki, telekanalın digər bir verilişi "Yerimdəyəm”in aparıcısı Tünzalə Əliyeva də ədəbi dil normalarına riayət etməyənlər sırasındadır:
- Tərbiyəsizlik deyəndə çox bir şey (bir çox şey) yada düşür (söz sırasının pozulması).
- Deyim ki, musiqi dünyasında Azərbaycan civarında sual verseydilər kin, sizcə, natiq ola biləcək hansı musiqi var, musiqiçi var, daha doğrusu, ağıllı danışan, ağzından sözlər tökülən deyil də, dürr kimi çatdıran, təbii ki, birinci Faiq bəy bizim nəzərimizə gələcək (Sual versəydilər ki, musiqi dünyasında Azərbaycan üzrə natiq ola biləcək, daha doğrusu, ağıllı danışan ağzından sözlər dürr kimi tökülən hansı musiqiçi var. Birinci Faiq bəy ağlımıza gələcək).

- Sənət dostları (dostlarınız) nə qədər sizin yanında (yanınızda) yerindədirlər (uzlaşmanın pozulması).

- Kiçik bir təşəkkürüm var, o təşəkkürümü edib də gözəl səs oxuyacağ, biz də sizlə sağollaşacağıq, amma çox uzun müddətə yox e, bir neçə saatdan sonra yenə görüşəcəyik (türk dilinə xas cümlə intonasiyasının və loru danışıq əlamətləri var).

- İndi amma istraqam, istraqamdı nədir, ora canlı yayım baxır, hə deyir ba bu istraqamdakı olan qız var idi ha, o qız qəşəngdir, bədəni qəşəngdir, bunu çəkək seriala. (loru danışıq)

- Rumiyə, bildiyimiz qədər, həm xoroqrafiya üzrə işləyir, həm nədir rejissor köməkçisidir. (söz artıqlığı)

Hesabatda "Space"in "Zəhmətkeş ulduzlar” verilişinin aparıcısı Ülviyyə Əliyevanın da ədəbi dil normalarını pozduğu qeyd olunub:

- Ay salam meleykim, necəsiniz? Xoş istirahətlər sizə (Sizə xoş istirahətlər) (söz sırasının pozulması).

- Doktor, kükürdlü su neçə dərəcədir və hansı xəstəlikləri bu kükürdlü su müalicə edir, (hansı xəstəliklərə) dərmandır? (qeyri-normativ cümlədir)

Eyni zamanda "Lider" TV-də yayımlanan və Gövhər Heybətlinin apardığı "Tezdən oyan” verilişində də ədəbi dil normaları pozulub: 

- Müxtəlif problemlər var ki, xanımlarımız əziyyət çəkirlər o saç problemlərindən, hansı ki, zəifləyib saçları və sağlam uzamır. "Tezdən oyan” – Gövhər Heybətli – Və hal-hazırda gənc fotoqraflar var ki, bunlar, hansı ki, yenicə öyrənməyə başlayıblar və nəyi, harda, necə başlayacaqlarını da bilmirlər və maraqlıdır, fotoqrafiya sənətini başlanğıc olaraq nədən başlanır?

- Saç yağlarını siz istifadə edə bilərsiniz çox az, yəni 2 damcı kifayət eləyəcək saçlarınıza (söz sırası pozulub).

- Nuraya təşəkkürümüzü bildiririk, çünki çox maraqlı hava haqqında məlumatı təqdim edir bizim üçün hər dəfə (söz sırasına riayət olunmaması mənaya xələl gətirir; maraqlı olan hava deyil, məlumatdır).

Telekanalın digər aparıcıları - Səhər Əkbər "Mətbəx TV”də "Cəmilə bizə bilirsiz nəyi öyrədəcək, əziz xanımlar? Ən tez halda praktik, işgüzar xanımlar necə hazırlaya bilərlər yemək axşama (söz sırası pozulub), Nuranə Gülər isə "Çıxış yolu”nda "Kimin evində oldular, hansı çəkilişlə bağlı nə problem həyata keçirildi (problem yaranar və həll edilər), hansı nəticələrə gəldilər, bizimlə bölüşəcəklər" və ya kadrarxası səs: Şoumuz (söz yerinə düşmür, verilişin mövzu istiqamətinə uyğun gəlmir. "Çıxış yolu” vətəndaşların problemlərindən söz açırsa, nə dərəcədə şou hesab edilə bilər?) davam edəcək" cümlələrində ədəbi dil normalarına riayət etməyiblər. 

Bundan başqa, ATV-də yayımlanan "Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev də ədəbi dil normalarını pozanlar sırasındadır: 

- O olmasaydı, bu gün biz, bəlkə də, böyük sənətkarın yerini boş görəciydik [görəcəx´dix´]. Həyqətən [həqiqətən], bəlkə, nə yaxşı ki, belə oldu, – deyirik [deyirix´].

- Sizin qardaşınız, hansı ki əyağınızdan [ayağınızdan] sizi bir dəfə bağlamışdı ki, deməli, Mələyxanım [Mələx´xanım] oxumağa çox meyilli adam hər zaman əyağından [ayağınnan] götürür qardaşı bağlıyır onu çarpayıya ki, bu heç yana getmiyəcək [getmiyəcəx´].

- O gün mən kimin evinə getmişdim, gətirdilər "Darenka” qoydular qarşıma... və düşünürlər [düşünürrər] ki, niyə öz malımıza dəyər vermiyək [vermiyəx´], niyə öz dəyərli [dəyərri], dadlı, ləzzətli malımızı, belə də, mazamata mindirmiyək [mindirmiyəx´].

Telekanalın başqa bir aparıcısı Mətanət Əliverdiyeva "5 gəlin” verilişində ədəbi dil normalarına riayət etməyib: 

- Padsvet (bir-birinə uyğun) geyinib bu gün. Padsvet (bir-birinə uyğun) var, padsvet (bir-birinə uyğun) ha. (varvarizm)

- Kareyski (kareyaca) oxudum e. Kareyski (Kareya) salat eliyəcəyik, bəli. (varvarizm)

- Gedək, görək bizim mamli matan(mamlı- sifətin loru dildə dərəcələnməsi; matan- kök, ağ, göyçək, toppuş, matan qız), işi bəyənməyən qızımız, yəni söhbət Sabrinadan gedir, nə iş görür.

- Və beləliklə, bu odyalo (zirək, diribaş, çevik), bizim qoçaq qızlarımız – 4 qız, təbrik edirəm sizi!

ATV-nin digər aparıcıları - Xatun Əliyeva "Zarafat-zarafat” verilişində "Və ikinci qonağım pulu ciyərlərindən çıxır o:un [onun] da.Ama [amma] ki, son günlərdi hara:n [haranı] açıram, bı [bu]. Bir özünə maya qoyur ki, həm belə bir az o:un [onun] saç düzümü... Nəsə belə krasavçik və sizin alqışlarıvızla[alqışdarınıznan] Vüsal Ramizoğlu gəlir", həmçinin "Bu son günlər də ki, bir özünə təmtərağdadı [təmtəraxdadı], bütün günü idman zalında, belə deyəy [deyəx´] də, yatır, durur, elə yatır, durur Kərim Abbasov gəlir", Vüsalə Kərimova isə "100 ölç, 1 biç” verilişində "Bu gün biz nədən danışacıyıx [danışacağıx], çox maraqlı qonağlarımız və əlbəttə ki, maraqlı bir mövzumuz var. Əminəm ki, hər birimizi maraqlandıran, düşündürən bir mövzunu bu gün müzakirə etmiş olacıyıx [olacağıx]" kimi cümlələrində ədəbi dil normalarını pozublar.

"Xəzər" TV-də yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcısı olduğu Səni axtarıram”, həmçinin "Bizə danış” verilişlərində də ədəbi dilin normaları gözlənilməyib: 

- Cavab verim də, Qəzənfər müəllim, yaxşı döyül [deyil]. Mən qorxuram kı...[ki]

- Ümid edirəm ki, bu xəbərdən sonra [so:ra] həyatınız dəyişilməyəcəkdir.

- Baş sponsurumuz [sponsorumuz] MedEra Hospitaldır.

- ...qidalanma problemi olan uşaqların müalicəsi mə.də [mə:də] xəsdəlikləri [xəsdəlix‘ ləri], mə.dəaltı [mə:dəaltı ] vəzi xəstəlikləri.... və s. xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.

- Puç olmuş talelər, puç olmuş həyatlar [həyatdar], puç olmuş arzular, puç olmuş xəyallar. Kimdir [kimdi] günahkar?

- Gördünüz, studiyada hamı hərəkətə keçdi (gəldi), qadınlar dəli oldu.

- Bəli, insanları ləkələmək üçün .... uğurlu bir işi uğursuz etməyə çalışırıq, malesef, çox təəssüf, amma məni heç onlar ilgiləndirməz (maraqlandırmaz, narahat etməz).

- Qızın birinin gediş, yəni gəlişi (bileti nəzərdə tutulur) alınıbdı, gedişi uje (artıq) pul çatmadı.

- Sabah (səhər mənasında) yuxudan ayıldıq ki, bir şantaj məktub...
Telekanalın başqa bir aparıcısı və "Nəsib olsa” verilişinin aparıcısı Nəsib Nur da ədəbi dilin normalarını pozanlar sırasındadır: 

- Qlavvraç (baş həkim) Bəbirdir.

- Bəzi adamlar deyir ki, "Tı menə uvajaeşğ?” (Sən mənə hörmət edirsən?)

- İqor Krutoy orda krutoydur (ürəkli, qorxusuz) ey, burda Bəbir ondan da krutoydur.

- Yakıyorsun bə, abi, yakıyorsun, delikanlı...

- Sjim lёja…

- Nə simpatiçni (gözəgəlimli) oğlandır bu...

"Xəzər"in digər aparıcısı Tutu Zeynalova da "Həkim işi” verilişində ədəbi dil normalarına riayət etməyib: 

- Siz bütün dünyada bu məsələnin harda durduğunu bilirsiniz. Azərbaycanda çatmayan yanımız (cəhət) hansı yandır?

- Bəzi insanlar var şpilka (saç sancağı) salırlar qulağına. Qulağına belə zuboçistka (diş çöpü) salanlar var.

- Hətta bir lətifə var. Deyir: nənə deyir ki, ay bala, indiki cavanlar toknan (elektrik cərəyanı) işləyir, deyirlər: niyə? Deyir, hərəsinin qulağından 2 dənə belə qulaqcıqları nəzərdə tutur da, şnur (naqil) sallanır.

Telekanalın aparıcıları - Kamal Dəniz "Çöl adamı” verilişində "Eşitdiyimə görə, şəlalənin əvvəl hündürlüyü 30 metr oluf [olub], amma indi isə onun hündürlüyü bir az yenifdi [enib]", "Biz onu yüksək keyfiyyətlə çəkib sizə təqdim eliyəjeyik‘[eliyəciyix‘]", Zaur Kamal "5/5”də "Əmi, üzr istəyirəm, onlar eşidə bilmir, yoxsa nə tə:ri? [nə təhər?] (necə?)", Çiçək "Çiçəkli dəqiqələr”də "Yəni sü:`rəkli [sü:rəkli`] şikayət edir, oxumaqdan tut hər bir şeyə qədər" kimi cümlələrdə ədəbi dilin normalarını gözləməyib.

Həmçinin, Xəyalə İntiqam ARB TV-də apardığı "Şou məkan” verilişində "Ürəyi ilə baxıb gözünü yuman bəzi ulduzlar həmkarlarının kim olduğunu hesablamağı əla bacarırlar, eşitdikləri və baxıb görə bilmədikləri ilə hərəkət edən məşhurlar isə görməyəcək desinlər ( məntiqsiz söz oyunu)" cümlələrdə ədəbi dilin normalarını pozublar.

Oxunma sayı : 11619

SON XƏBƏRLƏR
Natiq Qədimovun həyat yoldaşı : “Əlvida” demirəm Natiq, görüşəcəyik...” - 25 Noyabr 2017, 00:00
“Şirin”in toyundan – FOTOLAR - 24 Noyabr 2017, 23:54
İlham Əliyevin Brüsselə səfəri başa çatıb – FOTO - 24 Noyabr 2017, 22:46
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyünü dəstəklənib - 24 Noyabr 2017, 21:29
Hərbi Hava Qüvvələrinin taktiki təlimləri keçirilib - 24 Noyabr 2017, 20:50
Azərbaycanlı aktyor Türkiyədə əməliyyat olunacaq - 24 Noyabr 2017, 18:15
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - 24 Noyabr 2017, 18:14
“Beşiktaş”ın izi ilə gedəcəyik” – Qurban Qurbanov - 24 Noyabr 2017, 18:10
AFFA Cocuq Mərcanlıda mini-turnir keçirəcək - 24 Noyabr 2017, 18:09
Genişləndirilmiş “Nar” LTE şəbəkəsi artıq bölgələrdə - 24 Noyabr 2017, 17:49
Lider TV-də müzakirə: "Efirə çıxan aparıcı bakirə olmamalıdır" - VİDEO - 24 Noyabr 2017, 17:43
Dolların bazar ertəsinə olan məzənnəsi açıqlandı - 24 Noyabr 2017, 17:31
Məşhur futbolçu 9 il azadlıqdan məhrum edildi: Qızı zorladığına görə - 24 Noyabr 2017, 17:31
"Muğanbank"da "Forex" qalmaqalı: 300 minlik dələduzluq - 24 Noyabr 2017, 17:30
"Azərbaycanda cinayətlərin çox cüzi hissəsini qadına qarşı cinayətlər təşkil edir" - Nazirlik - 24 Noyabr 2017, 17:18
Pərvin Abıyeva: "Azərbaycan kişiləri kobud və köhnə fikirlidirlər, türklər kimi romantik deyillər" - 24 Noyabr 2017, 17:00
Dino Ndlovu "Qarabağ"dan gedir? - 24 Noyabr 2017, 16:53
Ramiz Mehdiyev Nikolay Patruşevlə görüşüb - 24 Noyabr 2017, 16:37
Prezident bu qanunlara dəyişiklik təklif etdi - 24 Noyabr 2017, 16:32
Bakıda avtomobil ana, ata və 2 uşağını vurub qaçdı - FOTO - 24 Noyabr 2017, 16:25
Prodüser Tolikə vəzifə verildi - 24 Noyabr 2017, 16:15
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan! - 24 Noyabr 2017, 15:53
Prokuror generalın oğluna 6 il həbs cəzası istədi - 24 Noyabr 2017, 15:47
Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var - 24 Noyabr 2017, 15:26
Ramiz Məlik də Məleykə Əsədovanı məhkəməyə verir - 24 Noyabr 2017, 15:10
“İnsanların həyatını biznesin pozitiv gücü ilə yaxşılaşdırmaq” adlı seminar keçiriləcək - 24 Noyabr 2017, 15:04
AZXEBER.COM-u sosial şəbəkələrdə izləyənlərin sayı milyona yaxınlaşır - 24 Noyabr 2017, 14:52
Qənirə Paşayeva Sudan heyəti ilə görüşdü - 24 Noyabr 2017, 14:47
"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat - 24 Noyabr 2017, 14:37
İŞİD-in köləsinə çevrilmiş Dilbər: "Atam bizi gətirdi... Özü edam olundu" - 24 Noyabr 2017, 14:27
"Bu uşaqdan nə istəyirsiniz?!" - 24 Noyabr 2017, 14:20
Rusiyada azərbaycanlı sahibkar özünü yandırdı - 24 Noyabr 2017, 14:16
Bu yerlərdə siqaret çəkmək qadağan olunur - Siyahı - 24 Noyabr 2017, 14:13
"Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?" - Nazir - 24 Noyabr 2017, 14:04
“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi” - General - 24 Noyabr 2017, 13:35
Ankarada FETÖ əməliyyatı: 79 müəllim barədə həbs qərarı - 24 Noyabr 2017, 13:27
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
“Ayə, harayə gedirsən?” oxuyan gənc: “Yeni mahnım Naxçıvan ləhcəsində olacaq” - 24 Noyabr 2017, 11:29
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10