03:04 Bazar Ertəsi, 27 May 2019
Maqazin

"Mən təhqiri qəbul edirəm, qoy məni söysünlər" - Əməkdar artist

13:26, 15.05.20192955
İki əməkdar artist Baloğlan Əşrəfov ilə Yusif Mustafayev arasında efirdə gərgin anlar yaşanıb. 
 
AZXEBER.COM xəbər verir ki, əməkdar artist "5də5" verilişində sosial şəbəkədə yazılan təhiqrləri qəbul etdiyini deyib. 
 
"Mediada, sosial şəbəkələrdə təhqirdi də, tənqidi də xoşlayıram. Təhqir etməklə hər insan öz səviyyəsini göstərir. Təhqiri və tənqidi ona görə qəbul edirəm ki,  o səhvi bir də etməyim." 
 
Əməkdar artistin bu sözü Baloğlan Əşrəfovu bərk qəzəbləndirib. 
 
"O nə deməkdi ki, məni təhqir edə bilərlər. Təhqir söyüşdür, cəzası başqa bir şeydir. Efirdə belə şeylər deməyin".
 
Bu sözlərdən sonra verilişdə gərginlik artıb və reklam arası verilib. 
 
Nazim Qasımzadə 
XƏBƏR LENTİ