19:55 Bazar Günü, 17 Dekabr 2017
Maqazin

Türkiyə vətəndaşına ərə gedən Aytac Vidadiqızı şou-biznesə qayıtdı - FOTOLAR

16:37, 19.06.2017746
Türkiyə vətəndaşına ərə gedən Aytac Vidadiqızı şou-biznesə qayıtdı - FOTOLAR

 

Yeni ana olan müğənni körpəsinə daha çox vaxt ayırdığından və ailə qurduqdan sonra həyat yoldaşı iləİstanbulda yaşadığından xeyli müddət sənətinə fasilə verməli olub.  Hazırda ömür-gün yoldaşı ilə Bakıya qayıdan ifaçı sənətinə və repertuarına daha çox vaxt ayırır.

 

AZXEBER.COM-a açıqlama verən Aytac Vidadiqızı yeni təqdim etdiyi fotosessiyanın bir müddət əvvəl işıq üzü görən "Qədrimi bil” mahnısının davamı olduğunu açıqlayıb:


"Sevinirəm ki, "Qədrimi bil” mahnım marağa səbəb oldu. Yeni bəstəm bir neçə həftədir  təqdim olunsa da, artıq müsbət rəylər alıram. Sənətçi üçün bundan gözəl nə ola bilər?! Elə bu fotosessiyamı da məhz "Qədrimi bil” mahnım üçün etdim. Sizə bir sirr açım. Əlsində, "Qədrimi bil” bir layihədir. Hazırda adıçəkilən mahnıma ekran həyatı verməyi də düşünürəm. Bu işlərin hələ davamı da olacaq. Yaxın zamanda eyniadlı albomum da işıq üzü görəcək. Bununla da "Qədrimi bil” layihəsi yekunlaşacaq. Amma bilmək olmaz, bəlkə də, yekun konsertlə oldu”.


Öz ünvanına yersiz tənqidlər eşidən Aytac Vidadiqızı bəzilərinə ismarış yollamağı da unutmadı:


"Çoxları məni tənbəl adlandırır. Mənim üçün önəmli olan mahnının keyfiyyətidir. Nə gəldi oxumaq mənlik deyil. Mən Vidadi Bərdəlinin qızıyam. Musiqi mənim qanımda axır. Mən keyfiyyətsiz və ya nə gəldi oxuya bilmərəm. Mən tez-tez görünməsəm də, bəziləri kimi tamaşaçının gözünü mazol etməsəm də, görünəndə səviyyəli və keyfiyyətli musiqi ilə, iş ilə ortaya çıxıram. Efirdən düşməyən müğənnilər qorxaq müğənnilərdir. Onlar unudulmaqdan qorxur. Mənim isə bu qorxum yoxdur. Mənim adımın üstündə atamın adı möhürdür. Bu ad dağ kimi mənim sənətimin arxasında dayanıb. Mən istəsəm də unudula bilmərəm”.









0
XƏBƏR LENTİ