21:45 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Əflatun Amaşov: Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır

14:08, 06.10.201788
Əflatun Amaşov: Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır
Mətbuat Şurası Azərbaycan ədəbi dil normalarının pozulmasına görə böyük cərimələrin tətbiq olunmasını təklif edir. 
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu" mövzusunda konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə. Amaşov bildirib ki, monitorinqlər zamanı durğu işarələrinin, xüsusən vergülün işlədilməsində daha çox problemlərin olduğu üzə çıxıb: "Problemləri aradan qaldırmaq üçün bir neçə addımın atılması vacibdir. Bu gün media orqanlarının yaradılması üçün hər hansı maneə yoxdur. Ona görə də indiki halda media yaradanların üzərinə daha böyük məsuliyyət qoyulmalıdır. Mətbuatda Ana dilindən istifadə sahəsində nöqsanlara son qoyulmalıdır. Qanunvericilik tələblərinə riayət edilməsinə də xüsusi diqqət yetirilməlidir. Məsələn, Fransada Ana dili normalarının pozulmasına görə böyük cərimə nəzərdə tutulur. Bunu Azərbaycanda da tətbiq etmək olar".
0
XƏBƏR LENTİ