Əflatun Amaşov mənzil məsələsindən yazdı - "Səbrlə o günü gözləyək"

16 İyul 2017, 11:58
AAA

Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaçov mənzil bölgüsü ilə bağlı mediada baş alıb gedən söz-söhbətlərə dair özfikirlərini sosial mediada paylaşıb.

AZXEBER.COM MŞ sədrinin statusunu tədim edir:

Diqqət yetirirəm, son günlər jurnalistlərin mənzil bölgüsü ətrafında söz-söhbətlər, mülahizə və fikirlər dolaşmaqdadır. Əlbəttə, düşüncələrdəki müxtəliflik müəyyən mənada təbiidir. Axı söhbət jurnalistika ilə bağlı prosesdən gedir.

Ancaq arzu edərdim ki, deyilənlər heç bir halda ümumi işə kölgə salmasın. Çünki jurnalistlərin mənzil təminatı məsələsi asan başa gəlməyib. Razılaşaq ki, sıravi media təmsilçisinin özünə mənzil alması çox çətindir. Ümumən yaşadığımız dövrdə mənzil məsələsi hər bir vətəndaş üçün aktualdır. İnsanlar dövlət ipoteka kreditləşməsi və digər üsullarla uzunmüddətli ödənişlər hesabına mənzil sahibinə çevrilirlər.

Bu çətinliyə və jurnalistikanın spesifik sahə olduğuna görədir ki, həmkarlarımızın mənzillərlə təminatı məsələsi gündəmə gəlib.

Yaxşı yadımdadır, Mətbuat Şurasının fəaliyyətinin ilk illərində ayrı-ayrı media birlikləri mövcud istiqamətdə təkliflər irəli sürmüşdülər. Bu təkliflərdə jurnalistlərin təmirli mənzillə, özü də heç bir ödəniş etmədən təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi. Yalnız müəyyən güzəştlərin edilməsi üzərində dayanılırdı.

2010-cu ilin iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etdi, Şuranın İdarə Heyətinin üzvləri ilə görüş keçirdi. Jurnalistika ilə əlaqədar baxışlarını bölüşən ölkə başçısı bir sıra problem və çətinliklərə özü diqqət çəkdi, vəziyyətlə geniş şəkildə maraqlandı.

Görüşdə jurnalistlərin xeyli hissəsinin kirayədə yaşadığı, bəzilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacın duyulduğu müzakirə edildi. Cənab İlham Əliyev məsələyə olduqca həssas yanaşdı, çıxışında konkret görüləcək işləri sadaladı.

Cənab İlham Əliyev həmin gün "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncam imzalamaqla media ictimaiyyətinin çoxdankı arzusunu yerinə yetirdi. Məlum olduğu kimi, sözügedən Sərəncam jurnalistlər üçün yaşayış binasının inşasını nəzərdə tutdu. Bu o demək idi ki, vaxtilə hansısa güzəştli şərtlərlə mənzil sahibi olmağa razılaşan media təmsilçiləri heç bir ödənişsiz, tam təmirli mənzillərlə təmin ediləcəklər. Təmin edildilər də.

2013-cü ilin iyulun 22-də media ictimaiyyəti üçün böyük sevinc yaşandı. Dövlət başçısı "Jurnalistlər evi”nin açılışında iştirak etməklə 156 həmkarımızın xoş gününə şərik oldu, öz xeyir-duasını verdi, eyni zamanda jurnalistlər üçün yeni yaşayış binasının təməlini qoyaraq mediaya diqqət və qayğının davamlı dövlət siyasətinə çevrildiyini növbəti dəfə isbatladı.

Prezidentin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 22 iyul 2013-cü il tarixli Sərəncamı əsasında inşa edilmiş növbəti bina artıq hazırdır. Mənzillərin bölgüsünü həyata keçirmək məqsədi ilə namizdələrdən sənədləri qəbul etmək üçün yaradılmış komissiya işini başa vurub. Komissiya daşıdığı missiyaya tam məsuliyyətlə yanaşıb. Hər bir namizəd barədə ən xırda detallar belə nəzərdən keçirilib. Artıq mənzil sahibi olacaq 254 nəfərin siyahısı məlumdur. Onların adları tezliklə açıqlanacaq.

Bütün bunları vurğulamaqda məqsədim odur ki, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev üçün mühüm əhəmiyyət daşıdığını bir daha diqqətinizə çatdırım. Yenə də deyirəm, mənzillərin bölgüsü ilə bağlı müxtəlif fikirlər və mülahizələr səslənməkdədir. Onların təfərrüatına varmaq istəməzdim. Onu da qəbul edirəm ki, hər kəsin haqq-ədalət anlayışına baxışı fərqlidir. Kimsə kimisə jurnalistika baxımından özündən daha zəif görə, özünü daha layiqli saya bilər.

Ancaq hesab edirəm ki, hər bir məsələyə münasibətdə ortaq nöqtələri müşahidə etmək mümkündür. Əgər niyyət və məram saflığından irəli gələn ortaq nöqtələr çoxdursa, demək ki, vicdanlı yanaşma var. Sizi əmin edirəm ki, jurnalistlər üçün mənzillərin bölgüsünə prinsip etibari ilə tam ədalətli və vicdanlı yanaşılıb. Bu yanaşma cənab Prezidentin iradəsindən irəli gələn müstəsna tələbdir. Bu yanaşma ölkə rəhbərinin başçılığı ilə Azərbaycan dövlətinin media siyasətinin mühüm göstəricisidir. Nəzərə alaq ki, dünyanın heç bir yerində jurnalistlərin dövlət hesabına mənzillə təmin edilməsinə dair ölkəmizdəki kimi təcrübə yoxdur. Bu təcrübənin qüsursuzluğu, faydalılığı və nümunəviliyi mütləqdir.

İyulun 21-də mənzil sahibinə çevriləcək jurnalistlər başqaları deyillər. Onlar bizlərdəndir. Özünüz də bunun şahidi olacaqsınız. Tam qətiyyətlə bildirirəm ki, jurnalistlərin mənzil siyahısı Azərbaycan jurnalistikasının palitrasını əks etdirəcək. Orada qələminə sədaqəti ilə seçilənləri, peşəsinin təəssübünü çəkənləri, jurnalistika sahəsində xidmətləri olanları, illərdir zəhmətə qatlaşanları görəcəyik.

Xanımlar və cənablar, dəyərli həmkarlar, bizə dostlarımızın xoş gününə sevinmək, sevinclərini bölüşmək düşər. Səbrlə o günü gözləyək. Səbrli və təmkinli mövqeyimiz özümüzə verdiyimiz dəyərdir. Bu dəyərə görə bizə, daşıdığımız peşəyə münasibət formalaşır. Lütfən, bunu da unutmayaq!"


Oxunma sayı : 225

SON XƏBƏRLƏR
Polis qucağında uşaqla oğruları güllələdi - Video - 21 Noyabr 2017, 09:50
Azərbaycanda dizelin qiyməti qalxacaq? - 21 Noyabr 2017, 09:47
Maşınların üstünə daş düşdü - Video - 21 Noyabr 2017, 09:33
Bakını toz-duman bürüyüb – FOTO - 21 Noyabr 2017, 09:22
Bakı aeroportunda gömrük işçilərinin vəhşiliyi: Sərnişinlərə və uşaqlara zülm verdilər - 21 Noyabr 2017, 01:27
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10