07:06 şənbə, 14 Dekabr 2019
Maqazin

Eks-arvadı Rəvanın sevgilisini polisə verdi - Müğənninin qızıdır

12:00, 09.08.201910375
Eks-arvadı Rəvanın sevgilisini polisə verdi - Müğənninin qızıdır
"Rəvanla beş il evli olmuşuq. Ondan boşananda heç bir şey tələb etməmişəm. Dövlət qızım Xalidəyə görə 200 manat aliment kəsib. Ona sual verirəm ki, gündə restoranda 200 manat hesab ödəyirsən, qızına isə aylıq 200 manat göndərirsən. Bu pulla uşağı geyindirim, bağçasının pulunu ödəyim, ya yeməyini təmin edim?”.

AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayevin sabiq həyat yoldaşı Günay "Hər şey daxil” verilişinə açıqlamasında deyib.

O, müğənninin alimenti güclə ödədiyini bildirib:

"Efirdə qızımla hər gün danışıram, onu gəzdirirəm deməsi absurddur. Axırıncı dəfə qızını nə vaxt görüb? Xalidəni telefonda bloka atıb, onunla danışmır, bir dəfə də olsun bağçasına gəlməyib. Hətta ad gününə də gəlmədi. Rəvanla heç bir problemim yoxdur. Yalan danışmasın, bizi gülünc yerlərinə qoymasınlar. Deyir ki, qızıma yaxşı baxıram, bəli, baxmalısan. Mən bunları səndən tələb etməmişəm. Alimenti ödəməsi üçün dəfələrlə dəfə zəng vururam, xalası oğluna yığıram. Ondan sonra ödəyir.  Buna görə yoruluram. Həyatımı məhv etdi. Başqa yerdə yaxşı ailə qura bilərdim. Əvvəl baxırdı, indi etmir”.

Günay Elşadı və sevgilisini polisə verdiyini də söyləyib:

"Hazırda qeyri-rəsmi yaşadığı bir insan var. Qızım onlara görə psixoloji problemlər yaşayır. Rəvan gəlir uşağı aparır. Xalidə orada qalanda iki gün ərzində həmin qız telefonu söndürür, ona zəng çatmır. Həmin qadın uşağı mənimlə danışmağa qoymur. Uşaq gəlir deyir ki, məni otaqdan qovdu və dedi ki, atanla otağıma girmə. Xalidə evdə ağlayır, əsir, beyni pozulub. Rəvanın şəxsi həyatına qarışmıram. Kiminlə istəyir yaşaya bilər. Qız mənə mesajlar yazır ki, Rəvana yığmayın Onlar haqda polis idarəsinə şikayət etmişəm. İzahatlarını alıblar. Uşağım travma alıb, onun qarşısında qeyri-etik hərəkətlər ediblər”.

Verilişin aparıcısı Tarix Əliyev isə Rəvan Qarayevin sevgilisinin tanınmış müğənninin qızı olduğunu deyib. O, həmin qadının ünvanına təhqirlər səsləndirib:

"O qızdan və Rəvandan qorxmuram. Uşağa deyə bilməz ki, bura atanla mənim otağımdır. Bu, tərbiyəsizlikdir. Sən Rəvanın arvadısan? Səni tində-bucaqda saxlayır, böyük adamsan? Məni məhkəməyə versin görüm. Onun canını alaram. Rəvanın ağlı yoxdur ki, öz qanından olan qızının yanında qeyri-etik hərəkətlər edir. Buradan Xəzər Rayon Polis İdarəsinin rəisindən xahiş edirəm ki, həmin qızdan yenidən izahat alsınlar. Lazım olsa, sizə vəkil tutacam. Efirimdə hamı çıxır qeyrətdən, namusdan dəm vururlar, amma heç kimdən qorxmuram. Bəzi kişilər kimi özümə aid olmayan işlər görmürəm. Başqa qızların namusunu qoruyuram, uşağımın yanında qeyri-etik hərəkətlər etmirəm. Əgər Rəvan vergidən yayınırsa, bilirəm ki, ayda nə qədər toyu olur. Həmin qız müğənninin qızıdır. Hansı ki, efirlərdə pulludur. O qadın müğənnidən qorxmuram. Başqasının övladının yanına kişiylə qucaqlaşıb, acıq vermə. Allah səni ona görə bu günə qoyub ki, evlənməmisən, onun-bunun məşuqəsisən. Yalandan mələk cildinə girmə. Arzuların çin olmayacaq. Dediyimi çoxu başa düşəcək”.

XƏBƏR LENTİ