04:45 çərşənbə, 26 Sentyabr 2018
ÖZƏL

Ekstrasensin televiziyaya çıxmasına etiraz: "Mən sizin yerinizə utanıram"

17:43, 26.06.20188837
Ekstrasensin televiziyaya çıxmasına etiraz:
Tanınmış jurnalist, radio aparıcı Tural Yusifov televiziyaları kəskin tənqid edib

AZXEBER.COM xəbər verir ki, o ekstrasenslərin efirə çıxmasına etiraz edib: "Hörmətli” həmkarlar, niyə efir müxtəlif ekstrasens, baxıcı, görücü və vericinin meydanına çevrilib? Siz onların xidmətindən istifadə edirsiniz? Heç kim, təkrar edirəm, heç kim gələcəyi bilmir. Bilə də bilməz. Efirə dəvət etdiyiniz şəxslər insanların psixoloji durumundan pul qazanan dələduzlardır. Siz nə üçün bu dələduzları reklam edirsiniz? Reytinqə görəmi? Tüpürüm o reytinqə. Psixoloji zəif, savaddan piyada insanlar son pulunu onlara verib bəxt açdırmaq, ağız bağlamaq kimi mənasız işlərə qurşanırlar. Və ya əl ilə müalicə? Siz ciddisiniz? O zaman rentgen, lazer şüası nəyə lazımdı? Sizin şarlatanların əl ilə müalicəsi var da. Siz dələduzların ortağına çevrildiyinizin fərqindəsiniz? Allah vergisi deyilən bir şey yoxdur. Elm var!!! Bunu mən sizə 20 ildir ibadətdə olan biri kimi deyirəm. Allah həyatında bir dəfə belə ibadət etməmiş, kitabını açıb oxumamış birinə niyə vergi versin? Hansı xüsusi xidmətinə görə? 

Və ya bir saat sonra başına nə gələcəyini bilməyən insan, necə kiminsə gələcəyinin proqnozunu verə bilər? Siz bu insanları niyə zəlil edirsiniz? Özünüz bu dələduzlara inanırsınız, cəhənnəm, camaatı bu bəlaya niyə mübtəla edirsiniz? Adını yazanda 5 yerdə səhv edən biri kiməsə dəva ola bilərmi? Dua yazmaq da haradan çıxdı? Sizin başınız ağrısa, dərmanı cibinizdə gəzdirəcəksiniz? 

O MTRŞ-ya da müraciət edib: "Bu şarlatanlar efirdə ekspert kimi çıxış edir və MTRŞ susur. Yalançı şəxslərin efirdə nə işi var axı?? Men sizin bu verilişlərinizə görə utanıram"
XƏBƏR LENTİ