Eldar Mahmudovun 22 milyon istədiyi iş adamı kimdir?

18 İyun 2017, 22:29
AAA
"MTN çetesi”nın qanunsuz əməlləri barədə daha bir epizod üzə çıxıb. Bu dəfə MTN özbaşınalıqlarını ləğv edilmiş nazirliyin sabiq əməkdaşı danışıb.

Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin qurbanları olanlar haqda istintaq orqanına danışan Abbasov Emin Seyid Ağa oğlu maraqlı faktlar açıqlayıb.

Musavat.com xəbər verir ki, Emin Abbasov Xəzər rayon icra başçısının birinci müavini olmuş Ələkbər Heydərov və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alınması epizodu üzrə ifadə verib.

İş üzrə şahid qismində dindirilən Emin Abbasov kimdir?

O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək ləğv edilmiş MTN-nin Hərbi Əks Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsində olub. Sonuncu vəzifəsi Hərbu Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami Şirinov olub.

Sabiq MTN zabiti E.Abbasov ifadəsində göstərib ki, 2007-ci ildə Nizami Şirinov öz xidməti otağında Vüqar Ağayevi iş adamı kimi ona təqdim edib və həmin şəxslə münasibət qurmağı, dostluq etməyini tapşırıb.

"Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırda buynuzlu heyvandarlıqla məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 ilə Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. Sonra Vüqar torpaq sahəsinə baxış keçirən zaman həmin yerdə hündürmərtəbəli bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi” deyə Emin Abbasov ifadəsində bildirib.

İşlərin yaxşı getdiyi vaxtda rəisi Nizami Şirinovun onu yanına çağırdığını deyən E.Abbasov gözləmədiyi vəziyyətlə qarşılaşıb: "İşlər başlamışdı. Təxminən 1 ay sonra Nizami Şirinov məni çağıraraq Vüqarın verdiyi pulun onun olduğunu dedi. İşin içində özünün olacağını bildirdi. Təxminən 10-15 gündən sonra Vüqar yenidən qardaşına 100 min dollar verdi. Bundan sonra həmin ərazidə işlər intensiv şəkildə aparıldı, torpaq planirovka oldu, torpağın kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında "Bakı Əyləncə Mərkəzi”ndə Vüqarla görüşdük. Dedi ki, özünə məxsus Nobel prospektində "Ağ şəhər” adlanan ərazidə torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir. Amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onlara külli miqdarda borcunun olduğunu deyərək əmlaklarını özlərinə götürmək istəyirlər”.

Sabiq MTN zabiti bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov iş adamı Vüqarın əmlakını tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər: "Vüqar sonuncu görüşdə dedi ki, bir müddət burada olmayacaq. Qardaşımın olan torpağı onlara verməməyimi tapşırdı. 2009-cu ilin sentyabr ayının ortalarında Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov Vüqarın onunla naziri üzbəüz qoyduğunu, Vüqarın nazirə 22 milyon manat borclu olduğunu söylədi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov bölmə rəisi işləyən Daxili Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini sındırıb orada olan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi Maniyev buna etiaz etdi”.

E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib: "Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. 150 mini qardaşımdan, qalan hissəsini isə dostum Həmid Sultanovdan almışdım. Lakin Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına Vüqarla şərik olduğu 5 hektar torpaq sahəsi ilə bağlı baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına etibaranmə əsasında qardaşım tərəfindən verildi”.

Eldar Mahmudov işdən çıxarıdlıqdan sonra pulunun bir hissəsini geri aldığını deyən Emin Abbasov bunları deyib: "Elman Tahirovdan aldığı 50 mini tələb etdim. 2015-ci ilin noyabr ayının ortalarında Elman Tahirovla görüşdüm və MTN-nin Akademiyasının qarşısında 3 dəfəyə, 1-ci dəfə 10 min, 2-ci dəfə 10 min, 3-cü dəfə isə Ayna Sultanova heykəlinin qarşısında 3 min manat qaytardı”.

İfadəsinin davamında Emin Abbasov MTN-dəki digər özbaşınalıqlar barədə də danışıb. 

Sabiq MTN zabiti bildirib ki, onda olan məlumata görə MTN-nin Anti-terror mərkəzi, Hilal Əsədovun rəhbərliyi altında Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun barəsində 2011-ci ildə guya saxta sənədlə bağlı əməliyyat keçiriblər. Bu zaman Ə.Heydərovdan 550 min manat alıblar. Bundan başqa həmin MTN dəstəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir bir rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıb ondan 150-200 min manat civarında pul alıblar.

Oxunma sayı : 464

Loading...
SON XƏBƏRLƏR
Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib - 24 İyun 2017, 18:37
Əməliyyatla uşaq dünyaya gətirən anaya səhv qan vurdular - Bakıda şok hadisə - 24 İyun 2017, 18:23
" Elmlə məşğulam, vaxtım yoxdur" - Tağı Əhmədov - 24 İyun 2017, 17:37
Ramil Usubov Qubada vətəndaşları qəbul edib - 24 İyun 2017, 17:26
Xalq artistinin oğlu: "Anamı Türkiyəyə aparmaq istədim, həkimlər icazə vermədi" - 24 İyun 2017, 16:32
Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - 24 İyun 2017, 16:18
Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - 24 İyun 2017, 16:14
İstirahət mərkəzində kişilərə fantastik imkan: lüt qızlar, inanılmaz həzz - 24 İyun 2017, 16:12
Bakı polisinin bu davranışı əcnəbi turisti heyrətləndirdi - 24 İyun 2017, 15:03
Nəsimi rayonunda " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir - 24 İyun 2017, 14:51
«Supermodel Azerbaijan» beynəlxalq müsabiqənin sənəd qəbuluna başlandı - 24 İyun 2017, 14:45
Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı - 24 İyun 2017, 14:07
Bakıda gecə saatlarında qarajda görüşən sevgililərin DƏHŞƏTLİ SONU - 24 İyun 2017, 13:49
Ərdoğandan Qarabağ açıqlaması: "Azərbaycanla eyni mövqedən çıxış edirik" - 24 İyun 2017, 12:56
Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: “Ağ yalandır, biabırçılıqdır” - 24 İyun 2017, 11:28
Millət vəkilinin həyat yoldaşı vəfat etdi - 24 İyun 2017, 11:24
"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi -Borca görə - 24 İyun 2017, 11:20
Keçmiş səfir birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçisi təyin olundu - SƏRƏNCAM - 24 İyun 2017, 11:16
Natavan Həbibi və Dadonun nişanından - Fotolar - 24 İyun 2017, 11:15
Cəbhədə vəziyyət gərgin olaraq qalır - 24 İyun 2017, 10:45
Bakıda 36 yaşlı kişi avtomobilində bıçaqlandı - 24 İyun 2017, 10:25
Azərbaycanda kütləvi dava olub: kişi və qadın xəsarət alıb - 24 İyun 2017, 10:18
Bakıda gənc oğlan ikinci mərtəbədən yıxıldı - 24 İyun 2017, 10:11
Bakıda itkin düşən 17 yaşlı qızdan xəbər var - 24 İyun 2017, 10:07
Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib - 23 İyun 2017, 23:58
İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - 23 İyun 2017, 23:26
Bakıda SÜRƏT QATARI piyada qızı vurdu -Video - 23 İyun 2017, 22:49
Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın: "Model olmaq istəyirəm" - FOTO - 23 İyun 2017, 22:29
Formula 1 üzrə Azərbaycan Qran Prisində qəza baş verib - 23 İyun 2017, 21:52
Əliyar Ağayev Çempionlar Liqası matçında - 23 İyun 2017, 21:25
Nağı Səfərov yenidən ATB İcraiyyə Komitəsinə üzv seçilib - 23 İyun 2017, 20:36
"Təkcə toy deyil ki, biznesləri də var" - Elvin+fotosessiya - 23 İyun 2017, 19:39
"Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir" - Zakir Həsənov - 23 İyun 2017, 18:08
Bu gəncin köməyinizə ehtiyacı var - Həkimlər ona deyib ki... - 23 İyun 2017, 17:52
Füzuli İcra Hakimiyyəti AZXEBER.COM-un araşdırmasından sonra Prezidentin səfərini rəsmi sayta yerləşdirdi - FOTO - 23 İyun 2017, 17:37
Bakıda 22 yaşlı gənc qaşıq uddu - 23 İyun 2017, 17:34
"Atama heç vaxt qanım qaynamadı" - Şəbnəm Tovuzlu - 23 İyun 2017, 17:31
Daha bir telejurnalist "Space TV"dən ayrıldı - 23 İyun 2017, 17:24
Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm” - 23 İyun 2017, 17:23
Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi - 23 İyun 2017, 17:18
Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri aldı - 23 İyun 2017, 17:15
Ucarda uşaq çayda boğuldu - 23 İyun 2017, 17:09
Narkomandan məsləhət: "Mənə baxıb, ibrət götürsünlər" - 23 İyun 2017, 16:56
Bakıda intihara cəhd edən qadın: "O məmur əl çəkməsə özümü öldürəcəm" (VİDEO) - 23 İyun 2017, 16:47
Erməninin cinayət işi geri qaytarıldı - 23 İyun 2017, 16:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10