“Elə qaçardım ki, izimi tapa bilməzdiniz"- Həbsdə olan general

17 İyul 2017, 15:37
AAA
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkən Maqsud Mahmudovun epizodu üzrə dinləmələr keçirilib.
 
Şahid qismində dindirilən Marik Şamilov bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşdüyündən, aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb:
 
"Torpağın bələdiyyə sənədi vardı. Üstündən 2 il keçəndən sonra həmin torpağa gəlib baş çəkdim. Gördüm ki, burda tikinti gedir. Orda duranlara dedim ki, bu, mənim torpağımdır. Dedilər, torpağın yiyəsi indi gələcək. Gözlədim, Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra həmin torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Lakin həll olunmadı”.
 
Şahid bildirib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib: "Həmin şəxslər mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Oraya ünvanlı, kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.
 
Zərərçəkən Maqsud Mahmudov qeyd edib ki, Marik Şamilovun şikayətindən sonra onu MTN-ə çağırıblar: "MTN-ə getdim, 120 min tələb olundu. Pulu bir təhər tapıb verdim. Oranın əməkdaşı Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı MTN əməkdaşlarının da ifadələrində var”.
 
Təqsirləndirilən polkovnik Azər Mehdiyev bildirib ki, həmin ərəfədə "Atletlər kəndi”ndə keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub: "Bu dediyi vaxtlarda mən işə gəlmirdim. "Atletlər kəndi”ndə olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin gün Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.
 
Elçin Quliyev  bildirib ki, bu işlə bağlı intihar etmiş İlqar Əliyevin ifadələrinə görə burdadır: " "İlqarın ifadələrini mənə təqdim etməyiblər. Dedilər ki, dövlət sirri təşkil edir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacağam. Mən çox şeylər danışacağam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Uzun illər xüsusi xidmət orqanında çalışmışam. İşimdə cinayət əməli hiss etsəydim, o birilər kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan  ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-toxumu da tapa bilməzdilər”.
 
Maqsud Mahmudov Elçin Quliyevin ifadəsinə replika ilə cavab verib: "Məni MTN-ə apardın, deyirdiniz ki, dövlətə xəyanət eləmisən, bəs məni niyə həbs edə bilmədiniz?”.
 
Elçin Quliyev isə zərərçəkənə cavabında deyib ki, hər MTN-ə gətiriləni həbs etmirdilər: "Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb dindirilmisən".
 
Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Mübahisəni sakitləşdirən hakim onlara xəbərdarlıq edib.
 
Daha sonra prosesdə qapalı hissə keçirilib.
 
Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o, tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.
 
///Lent.az

Oxunma sayı : 392

Loading...
SON XƏBƏRLƏR
Altmış yaşdan sonra boşanan kişilərin sayı qadınlardan daha çoxdur - 27 İyul 2017, 23:12
Azərbaycanda eneolit mədəniyyətinə aid olan abidələr aşkarlanıb - FOTO - 27 İyul 2017, 22:34
FHN xəstəxanadakı yanğınla bağlı məlumat yaydı - 27 İyul 2017, 21:04
Bərdədə ev yanıb - 27 İyul 2017, 20:32
Gürcüstan prezidenti: “Saakaşvili ölkəni tərk etməməli idi” - 27 İyul 2017, 19:42
Altı tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində mübahisə yaranıb - 27 İyul 2017, 18:45
Bakının bu kəndi 3 gündür qaz üzünə həsrətdir - 27 İyul 2017, 17:56
Türkan Şoray beyin əməliyyatı keçirdi - 27 İyul 2017, 17:43
"7 uşağım olsun istəyirəm" - Ronaldu - 27 İyul 2017, 17:36
Bacısını çarpayıda oturub mesajlaşan gördü və... – Şamaxıda qətl - 27 İyul 2017, 17:21
Qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının cavabları - 27 İyul 2017, 17:09
Bakıda cinsi azlıqlar 22 yaşlı qıza qarşı cinayət törətdi - 27 İyul 2017, 16:59
"Ketçup" qabından heroin çıxdı - 27 İyul 2017, 16:46
Yetim Eyvazın oğlu: “Atam anama zülm verib, onu atıb, gedib başqasını saxlayıb" - MÜSAHİBƏ + FOTO - 27 İyul 2017, 16:25
Xəstəxanadakı yanğına nə səbəb oldu? - RİH açıqaldı - 27 İyul 2017, 16:00
Yevlax xəstəxanasından xəstələri təxliyyə edən ambulans qəzaya düşdü - 27 İyul 2017, 15:45
Lider TV-dən 3 aydır maaşların verilməməsi xəbəri ilə bağlı AÇIQLAMA - 27 İyul 2017, 15:41
“Planet” şadlıq sarayının sahibi həbs edildi: Ağac kəsməyə görə - 27 İyul 2017, 15:38
"Nurlana pul qarşılığında addım atacaq insan deyil" - MÜSAHİBƏ+FOTOLAR - 27 İyul 2017, 15:36
"Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir" - Vəkil - 27 İyul 2017, 15:29
“Space”də saçyolduya çıxdığı deyilən aparıcı danışdı: "Bunu kim dedi?" - 27 İyul 2017, 15:13
Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır, içəridə 40-dək xəstə qalıb - - 27 İyul 2017, 15:11
“Yay kampaniyası” ilə “Nar” istifadəçilərinin yay istirahəti daha rəngarəngdir - 27 İyul 2017, 15:07
Şəhidin hamilə həyat yoldaşı facebook statusu ilə kövrəltdi: "Sənin telefonundan özümə mesaj yazıram" - 27 İyul 2017, 15:04
Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edildi - 27 İyul 2017, 14:53
Leyla Ramazanlı şəhərin mərkəzində konsert verəcək - 27 İyul 2017, 14:50
“Space”də əlbəyaxa dava: dava edən iki xanım işdən qovuldu - 27 İyul 2017, 14:35
Telefon dinləmələri ilə bağlı araşdırma aparıldı - "MTN işi" - 27 İyul 2017, 14:21
Kamran Ağayev Çexiya klubuna transfer oldu - 27 İyul 2017, 14:10
Pərvanənin uşaqları ilə birgə özünü qatarın altına atmasının səbəbi məlum oldu – TƏFƏRRÜAT - 27 İyul 2017, 14:06
Azərbaycan Mətbuatının böyük inkişaf perspektivləri var - Fotolar - 27 İyul 2017, 13:45
Deputatın obyektində ölən və yaralananların adları məlum oldu - 27 İyul 2017, 13:45
Broyler fabriki partlayan deputat İqbal Məmmədovla bağlı ilginc FAKTLAR - Ölkəyə yanğınsöndürmə balonlarını da o gətirir - 27 İyul 2017, 13:32
Zaqatala və Balakəndə xüsusi əməliyyat: Helikopterlər cəlb olundu - 27 İyul 2017, 13:11
"Aztelekom" MMC-nin sabiq baş direktoru azadlığa buraxıldı - 27 İyul 2017, 13:07
Oğuzda yerləşən bu şəlaləyə baxmaq da pulludur - FOTO - 27 İyul 2017, 12:55
Vidadi Zeynalova hökm oxundu - 13 il - 27 İyul 2017, 12:45
Azərbaycanda öldürücü istilər qayıdır – 42 dərəcəyə çatacaq - 27 İyul 2017, 12:43
“Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib - 27 İyul 2017, 12:23
Azərbaycanda 20 yaşlı hamilə qadının dəhşətli sonu - 27 İyul 2017, 12:17
Deputatın broyler fabrikində partlayış: - ölən və yaralananlar var - 27 İyul 2017, 11:53
İstanbulda iki təyyarə toqquşdu - 27 İyul 2017, 11:41
Aptekdə yıxılan kişi öldü - Lənkəranda faciəvi hadisə - 27 İyul 2017, 11:32
"Rabitə işi" - Vidadi Zeynalov və digərlərinə höküm oxunur - 27 İyul 2017, 11:10
Polkovnik dənizdə batdı - FHN-nin xilasediciləri kömək etmədi - VİDEO - 27 İyul 2017, 11:01
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10