Əli Həsənov: "Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib"

06 Noyabr 2017, 17:07
AAA

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. 

AZXEBER.COM xəbər verir ki,  Ə. Həsənov xatırladıb ki, ötən həftədə Azərbaycan prezidenti İlham Əliyev bölgənin demək olar ki, böyüklü-kiçikli əksər dövlətlərinin dövlət və hökumət rəhbərləri ilə görüş keçirib: "Bu görüşlrin də əksər hissəsi Xəzər və Qara dəniz hövzəsi, Cənubi Qafqazda həyata keçirilən milli, regional və transmilli layihələrin dövriyyəyə buraxılmasıdır. Bakı-Tbilisi-Qars dəmiryolu, ondan əvvəl reallaşdırılmasına başlanılmış Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi və 1993- cü ildən həyata keçirilməyə başlayan Böyük İpək Yolu layihəsi və onun ətrafında Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasının mərkəzində Azərbaycan dayanır. 

Azərbaycan prezidenti son bir həftədə həyata keçirdiyi görüşlər və bu görüşlərdə müzakirə olunan məsələlər, nəqliyyat-kommunikasiya, enerji layihələri, Xəzər-Qara dəniz hövzəsində həyata keçiriləcək təhlükəsizlik layihələri, iqtisadi ticarət əlaqələri və.s onu göstərir ki, Azərbaycan hazırda bölgənin aparıcı ölkələrindən birinə çevrilib. Onun maraqları bölgə ölkələrinin və  bütövlükdə beynəlxalq güclərin maraqları ilə həmahəngdir. 

Bu maraqların icrası bölgədə sülhə, təhlükəsizliyə və tərəfdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. 

Bütün bu məsələlərdə Azərbaycanın öncül mövqeyi, liderliyi özünü göstərir. Çünki bu layihələrin çoxunun təşəbbüskarı Azərbaycandır. Çoxunun maliyyələşdirilməsində Azərbaycan həlledici rola malikdir. Çoxunun həyata keçməsində Azərbaycanın iradəsi əvəl region ölkələrinin iradəsinə sonra da bütövlükdə beynəlxalq aləmin iradəsinə təsir göstərib.

Bütün bunlar gələcəkdə Azərbaycanın bölgədə siyasi, iqtisadi, sosial və digər məsələlərin, o cümlədən regional və beynəlxalq məsələlərin həllində öncül mövqeyinin qorunmasına işarədir.

Prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına həm maliyyə, həm də beynəlxalq dəstəkləri qazana bildi. Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi. 

Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları "Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, "Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.


Oxunma sayı : 691

SON XƏBƏRLƏR
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar indi vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Baş nazir Milli Məclisdə - Büdcə müzakirələri başladı - 21 Noyabr 2017, 12:16
Qubada dəhşət - Oğul atasını güllələdi - 21 Noyabr 2017, 12:04
Səttar Mehbalıyev Səlim Müslümovu 1 il əvəz edəcək - 21 Noyabr 2017, 11:54
Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qaldı - 21 Noyabr 2017, 11:51
Ordumuz düşməni geri çəkilməyə məcbur etdi - VİDEO - 21 Noyabr 2017, 11:39
Kriminal avtoritet ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur" - 21 Noyabr 2017, 11:30
Bağça müəlliməsi uşağa işgəncə verdi - VİDEO - 21 Noyabr 2017, 11:23
Azərbaycanda yol polisinin "bonusu" - Bunun üçün daha çox cərimə yazılır? - 21 Noyabr 2017, 11:02
İzləyiciləri Fahriye Evcenin yalanını üzə çıxartdı - FOTO - 21 Noyabr 2017, 10:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10