18:49 Bazar Günü, 16 Iyun 2019
SİYASƏT

Əli Həsənov: Yeni iqtisadi model hazırlanır

23:55, 14.04.20196426
Əli Həsənov: Yeni iqtisadi model hazırlanır
Azərbaycanın yeni iqtisadi modeli hazırlanır.

AZXEBER.COM xəbər verir ki,bunu Xəzər TV-nin "Gündəm" verilişinin qonağı olan  Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır.

Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Prezidentin köməkçisi sosial islahatlardan da danışıb və bunun davamlı proses olduğunu deyib.

Əli Həsənov əlavə edib ki, yeni sosial-iqtisadi islahat paketi xalq tərəfindən də dəstəklənir. Bunu Fransanın "Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri də göstərir.

Prezidentin köməkçisi anons edib ki, bütün sahələrdə islahatlar davamlı olacaq. Dövlət artan imkanlarını vətəndaşların rifahına yönəldəcək.
 

XƏBƏR LENTİ