21:25 Bazar Günü, 21 Oktyabr 2018
SOSİAL

"Əlillərə pensiya təyin edilməməsi cinayətdir" - Musa Quliyev

16:24, 22.05.20189913
"Dünyada əhalinin 12-15 faizi əlildir, Azərbaycanda isə bu rəqəm 6 faizi keçmir. Amma yenə də hamı deyir ki, ölkənin yarısı əlildir, hamıya əlillik dərəcəsi verilir”.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, əlil olmayan şəxsə əlillik dərəcəsi vermək cinayətdirsə, əlil olanlara əlilliyə görə pensiyanın təyin edilməməsi 5 qat cinayətdir:

"Mən tərəfdarıyam ki, payız sessiyasında bu məsələni parlamentin gündəliyinə daxil edək və aidiyyəti nazirliklərlə birgə bu məsələləri köklü şəkildə həll edək. Müəyyən edək ki, ildə nə qədər adam əlilliyə çıxmalıdır".

M.Quliyev əlavə edib ki, tibbi-sosial ekspert komissiyalarında da çalışan həkimlərin ixtisaslarına baxılmalıdır: "Onların çoxu ixtisasartırmadan keçmir. Məni narahat edən əsas şəxslər əlillik vəziyyətində olub əlillik dərəcəsi ala bilməyənlərdir. Hesab edirəm ki, Azərbaycanda əlilliyin elmi, metodoloji əsaslarını müəyyən etməliyik və bu məsələyə son qoymalıyıq”.

XƏBƏR LENTİ