17:09 Cümə, 19 Iyul 2019
SOSİAL

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

12:39, 20.04.20193052
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi işləri davam etdirilir.

Belə ki, cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla, əlilliyə görə pensiya təyinatlarının da elektron sistem üzərindən həyata keçirilməsinə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbsindən AZXEBER.COM-a verlən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.

Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) "sms", e-mail və ya rəsmi məktubla məlumat verilir.

Beləliklə, əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların baş vermə ehtimalı tam aradan qalxıb, bu istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.
XƏBƏR LENTİ