11:20 çərşənbə, 21 Avqust 2019
SOSİAL

Elinanın direktorunu neçə ilə həbs gözləyir? - Vəkil açıqladı

13:30, 16.04.20196423
Elinanın direktorunu neçə ilə həbs gözləyir? - Vəkil açıqladı
Xəbər verdiyimiz kimi, 162 saylı orta məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.
 
Bəs görəsən direktorun günahı sübuta yetirilsə onu nə qədər həbs gözləyir?
 
Tanınmış vəkil Adəm Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəb direktorunun günahı sübut olunsa, onu 2 ildən 5 ilə qədər həbs gözləyir:
 
"Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham olunur. 
 
314.2-ci maddəyə əsasən, direktor 2 ildən 5 ilə qədər həbs oluna bilər. Bu cinayət faktı az ağır cinayətlər sirasına aid olduğu üçün son olaraq məhkəmənin yekun qərarını gözləmək lazımdır. 
 
143-cü maddəyə görə isə, öz vəzifəsinə vicdansız yanaşma nəticəsində ölüm faktının olmasıdır ki, buna görə də cərimə və ya 6 aylıq həbs qətimkan tədbiri seçilir. Onu de deyim ki, direktor həbs olunmazsa, bu cəmiyyətdə böyük rezonans doğuracaq. Ancaq yenə də məhkəmənin qərarını gözləməlk lazımdır." 
 
Qeyd edək ki, Sevinc Abbasovanın məhkəməsi bu gün baş tutacaq.
 
Günel Hüseynli
XƏBƏR LENTİ