09:54 şənbə, 25 May 2019
MƏDƏNİYYƏT

Əlixan Səmədov: "Cənab Prezidentə təşəkkür edirəm"

18:11, 21.12.20142367
Əlixan Səmədov:
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın əməkdar artist adını qazanan Əlixan Səməov təəsüratlarını AZXEBER.COM-la bölüşüb.
Türkiyədə yaşayan həmyerlimiz Prezidentə təşəkkür edib: "Cənab Prezidentə məni bu fəxri ada layiq gördüyünə görə təşəkkür edirəm. Bundan sonra məsuliyyətim ikiqat artmış oldu. Artıq səhnəyə çıxanda məni Azərbaycanın dövlət sənətçisi kimi təqdim edəcəklər. Bu məni bir azərbaycanlı olaraq çox sevindirir"
Əlixan Səmədov deyib ki, ona 2 gün ərzində yüzlərlə zəng gəlib: "Dünəndən telefonum susmur. Dünyanın dörd bir yanında yaşayan azərbaycanlılarımız zəng edib, məni təbrik edirlər. Sizin portal vasitəsilə bir daha hər kəsə təşəkkür edirəm. Var olun"
XƏBƏR LENTİ