10:45 Bazar Günü, 22 Aprel 2018
İDMAN

Əliyar Ağayevi təhqir edən futbolçu cəzalandırıldı

13:52, 18.04.2017290
Əliyar Ağayevi təhqir edən futbolçu cəzalandırıldı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının XXVI turunun "Sumqayıt" - "Zirə" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyun başa çatdıqdan sonra "Sumqayıt" klubunun 8 №-li futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 42.3).

Əvəzedici heyətlərin XXVI turunun "Sumqayıt" - "Zirə" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XXIV turunun "Turan Tovuz" - MOİK matçında "Turan Tovuz" və MOİK klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur  (maddə 40).

///goal.az

0
XƏBƏR LENTİ