Elmira Axundovanın oğlu ittihamlara cavab verdi

20 Noyabr 2017, 22:16
AAA

 

Həbib Ramiz oğlu Axundov – Milli Məclisin deputatı Elmira Axundovanın oğlu redaksiyamıza bir sıra KİV-də ona qarşı böhtan xarakterli kampaniyanın başlanması ilə bağlı açıq məktub ünvanlayıb.

AZXEBER.COM-un 1news.az-a isinadən verdiyi xəbərə görə, məktubunda o, Miss Lafarella müsabiqənin iştirakçısı Günel Mirzəyevanın ölümündə əlaqədar olması ilə bağlı ona qarşı aparılan çirkin kampaniyaya öz tutarlı cavabını qeyd edib.

Həbib Axundovun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:

...2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.

... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq...

Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi.

Faciənin ilk günü sahildə olan söhbətlərə gizli-gizli qulaq asan və oğrun baxan yad insanları gördük. Daha sonra həmin insanlar Günelin valideynlərilə yaşadığı evin qarşısında da peyda oldular. Dəfn zamanı isə qəbristanlıqda şəkillərimi çəkməyə cəhd etdilər. Başa düşdüm ki, bu, 5 ildir mənə və anama – Milli Məclisin deputatı Elmira Axundovaya qarşı mətbuat, xüsusilə də internet-saytlarda sifarişli məqalələri təşkil edən düşmənimin işidir.

Bu adam öz maşınında dəfələrlə mərhumun evi önündə gəzərək nələrəsə boylanırdı. Düşündüm ki, tezliklə yeni sifarişli məqalələri gözləmək lazımdır. Və, yanılmadım. Günelin dəfn günü bir jurnalist mənə zəng edərək dedi ki, əlində mənim və bu qız haqqında məqalə var. O, bunu dərc etmək istəmir. Və əgər sifarişçiləri əhəmiyyətli məbləğlə "mükafatlandırsam” məqalənin dərci dayandırılacaq.

Açığı bu, məni şoka saldı. Bədbəxt qızın ölümündən istifadə edən, bundan şou yaratmaq istəyən  hadisələrin arxasında dayanan adam necə insandır?! Reket jurnalisti cəzalandırmaq qərarına gəldim və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Mərhumun ləyaqətini alçaldacaq məqalənin dərc olunmayacağı qarşılığında əvvəlcədən hazırlanmış və qeydə alınmış pullar həmin jurnalistə verildi. Yeri gəlmişkən, bu jurnalist Azərbaycan saytlarından birinin rəhbəridir.

Həmin şəxs yerindəcə saxlanıldı. Araşdırma artıq sona çatdı və tez bir zamanda o, məhkəmə qarşısında dayanacaq. Hazırda isə həmin jurnalistə yaxın mətbuat onu vicdanlı adam kimi qələmə verərək qurban kimi təqdim etməyə çalışır. Jurnalistin özü isə yaxın zamanlarda verdiyi müsahibələrin birində heç vaxt qanunu pozmadığını söyləyib (?!)

Bu çirkin sifarişin arxasında dayanan insana gəldikdə isə, həmin şəxs saxtakarlıq və fırıldaqlarını davam etdirərək mənə qarşı "dəlillər” axtarışındadır. Həmin adam bir neçə ay Fövqəladə Hallar Nazirliyinə (FHN) gedərək öz vəkillərinə 24 iyun hadisəsilə bağlı 7 suala cavab vermələrini tələb edib.

Onu qane edən cavabı əldə edə bilməyərək bu adam işə kriminal.az saytının rəhbəri Anar Şahin oğlu Məmmədovu da cəlb edib. Noyabrın 2-də bu saytda "Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub” adlı məqalə dərc edilib. FHN-in dərc edilmiş cavabı ilə baş vermiş hadisə arasında bir sıra uyğunsuzluq və qeyri-dəqiqliklər qeyd olunub. Elmira Axundova bu uyğunsuzluqlara mətbuatın diqqətini cəlb edərək yeniçaq.az saytının suallarını cavablandırıb.

Bütün bunlar mənə və ailəmə qarşı yeni kampaniyanın başlanmasına səbəb oldu. Və bu hadisədə ən xoşagəlməz məqam – bəzi saytların ucuz sensasiya dalınca qaçaraq, bütün əxlaqi normaları unudaraq mərhumun adının ləkələməsi, şəxsi şəkil və videolarını dərc etməsi, bununla da Günelin ailəsi və yaxınlarına yeni əzablar vermələridir. Günelin ailəsi bütün bunlardan məndən də artıq hiddətlənib və bildiyim qədər hüquq-mühafizə orqanlarına müvafiq müraciət ünvanlayıblar.

Sual olunur: əgər düşmənlərimin mənə qarşı hansısa etirazı varsa, o zaman nə üçün öz haqlılıqlarını sübuta yetirmələri üçün məhkəməyə müraciət etmirlər? Nə üçün çirkin kampaniyalar aparmaları üçün mətbuata müraciət etməsini üstün tuturlar? Və bütün bunlara mərhum Günel Mirzəyevanın nə aiddiyyatı var? Cavab aydındır: bu insanlar üçün müqəddəs heç nə yoxdur və onlar bütün əxlaqi dəyər və qadağaları tapdalayaraq öz istəklərinə nail olmağa çalışırlar.

Fövqəladə Hallar Nazirliyinin cavablarına gəldikdə isə, bütün bunlar həqiqətən də saxtalaşdırılıb. Vəkillərimizin sorğusundan sonra Nazirliyin rəsmi cavabını aldıq: "17 oktyabr 2017-ci il tarixdə "Criminal.az” saytının baş redaktoru Anar Şahin oğlu Məmmədov tərəfindən Günel Rəşid qızı Mirzəyevanın ölümü ilə bağlı bədbəxt hadisə barədə informasiya sorğusu verilmişdir (əlavə olunur). 

30 oktyabr 2017-ci il tarixdə informasiya sorğusunda verilən suallardan biri cavablandırılmış, digər suallarla bağlı məlumatın nazirlikdə olmaması barədə ərizəçiyə cavab verilmişdir. Cavaba məktubunun surəti əlavə olunur”.

Cavab nazirliyin Sənədlərlə və Vətəndaşların Müraciəti ilə İş İdarəsinin rəisi Mehriban Səadətxan tərəfindən imzalanıb. Beləliklə də fərziyyələrimiz tamamilə öz təsdiqini tapdı...

Mənə gəldikdə isə, adi insanam, məndən hansısa bədheybət və ya avara düzəltmək lazım deyil. Gənc yaşlarımdan bizneslə məşğulam, zəhmətkeş insan kimi səhərdən-axşamadək çalışıram. 31 yaşım olduğuna baxmayaraq, artıq həyatda nələrəsə nail ola bilmişəm. Bu gün müxtəlif illərdə 100-ə qədər insanın çalışdığı kollektivə rəhbərlik edirəm. Vicdanla işləyərək, vaxtı-vaxtında vergi də ödəyirəm.

Bir sözlə, binesimlə istər ətrafımdakı insanlara, istərsə də dövlətimə xeyir gətirirəm. Asudə vaxtlarımda idmanla məşğulam, ekstremal idman növlərini sevirəm. Mətbuatda yazıldığı kimi, xarici banklarda hesabım, digər ölkələrdə villalarım, bahalı maşınlarım yoxdur. Hətta yol hərəkəti qaydalarına da riayət edirəm. Hər-halda Dövlət Yol Polisi İdarəsi bir dəfə də olsun məni cərimələməyib.

Mən ailəmi, Azərbaycanımı və Prezidentimi çox sevirəm. İnanın bu, gurultulu sözlər deyil. Kədərli haldır ki, həyatda uğur qazana bilməyən, öz taleyindən narazı olan bu cür nakam insanlar mətbuat vasitəsilə məni, dövlət qarşısında böyük xidmətləri olan anamı və bütün ailəmi ləkələməyə çalışırlar. Belə olan halda soruşmaq istəyirəm: "Mühakim kimdir?”

Kriminal.az saytının saxtakaqlığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdik. Fürsətdən istifadə edərək Baş Prokurorluğun kriminal.az saytı tərəfindən FHN-in cavablarının saxtalaşdırılması faktını araşdırmasını və günahkarların məsuliyyətə cəlb olunmasını bir daha xahiş edirəm. Həmçinin mənə və mərhum Günel Mirzəyevaya qarşı çirkin kampaniyaya son qoyulması üçün Azərbaycan mətbuatına da müraciət edirəm”.

Məktuba FHN-in rəsmi cavabı, eləcə də Günel Mirzəyevanın ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunun cavabı da əlavə olunub.

Xatırladaq ki, Günel Mirzəyeva 2017-ci ilin iyunun sonunda Bilgəh qəsəbəsində katerdə dəniz gəzintisi zamanı faciəvi şəkildə həlak olub. Mərhumun meyiti iyunun 29-da sahildə tapılıb.










 


Oxunma sayı : 811

SON XƏBƏRLƏR
Röya “Altın Kelebek” aldı - Video - 11 Dekabr 2017, 11:31
60 yaşlı kişi diri-diri yandı - Azərbaycanda dəhşətli hadisə - 11 Dekabr 2017, 11:14
Qənirə Paşayeva İraqda Qarabağ həqiqətlərindən danışıb - 11 Dekabr 2017, 10:52
Ramil Səfərovə yeni rütbə verildi - FOTO - 11 Dekabr 2017, 10:44
Bakı-Quba yolunda avtobus qəzaya uğradı: Yaralılar var - 11 Dekabr 2017, 10:42
Siyəzəndə sürüşmə: 50 evdə çat əmələ gəlib - 11 Dekabr 2017, 10:17
18 yaşlı qız sevgilisi ilə cinsi əlaqə zamanı canlı yayım etdi: 3 dəqiqə davam etdi - FOTO - 11 Dekabr 2017, 10:13
MTN generalı apellyasiya şikayəti verdi - 11 Dekabr 2017, 10:02
Bacısının ərini və qayınatasını güllələdi - Bakıda kriminal - 11 Dekabr 2017, 09:54
Ən qədim budda məbədi alovlandı - VİDEO - 11 Dekabr 2017, 09:52
“Mən Natavanı məcbur elədim...” - Dado yenə danışdı - 11 Dekabr 2017, 09:47
Azərbaycanlı təyyarənin yük yerində Almaniyaya qaçdı - Foto - 11 Dekabr 2017, 09:42
İlhamə Quliyevanın oğlu sərbəst buraxıldı: Məsuliyyətsizlik etdim - 11 Dekabr 2017, 09:37
Manatın bu günə olan məzənnəsi - RƏSMİ - 11 Dekabr 2017, 09:28
Bakı metrosunda gənc özünü qatarın altına atdı - 11 Dekabr 2017, 09:19
Almaniyada Yeni il ağacı adamların üstünə aşdı - 11 Dekabr 2017, 09:06
Daha bir serial sevişmə səhnələrinə görə cəzalandırıldı - 10 Dekabr 2017, 21:22
Ələkbərovun səhmləri müsadirə olunacaq - 10 Dekabr 2017, 20:49
Səidə Natavanla Dadonun boşanmasından danışdı: "Hər şeyi olduğu kimi deyəcəm" - 10 Dekabr 2017, 20:30
Bakıda ağır qəza: Avtomobil iki yerə bölündü – FOTO - 10 Dekabr 2017, 19:59
“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan - 10 Dekabr 2017, 19:32
Nazim İbrahimovun qızı nişanlandı - Fotolar - 10 Dekabr 2017, 13:58
Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar - 10 Dekabr 2017, 12:30
Xocalıda 4 yaşında əsir düşən Mehdi evləndi - Foto - 10 Dekabr 2017, 12:23
Rövşanə radioaparıcılarını tənqid etdi: "Bir az kişi səsi ilə danışın" - 10 Dekabr 2017, 11:54
Araz Abdullayev gözəl qolla Kipr klubuna qələbə qazandırdı - VİDEO - 10 Dekabr 2017, 11:30
61 yaşlı qadın faciəvi şəkildə öldü - 10 Dekabr 2017, 11:28
Bakı metrosunda tanınmış rejissorun halı pisləşdi - Reanimasiyaya yerləşdirilib - 10 Dekabr 2017, 10:33
“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü - 10 Dekabr 2017, 10:19
London polisi Heydar Paşazadənin şərab mağazasını bağladı - 09 Dekabr 2017, 22:49
“Tramp dodaqlarımdan öpmək istədi” - Məşhur aparıcı sirri açdı - 09 Dekabr 2017, 22:23
Azadlıq prospektində tıxaca səbəb olan 2800-dən çox sürücü cərimələnib - FOTO - 09 Dekabr 2017, 21:58
Şəkidə toydan gələn hərbçilər yol qəzasına düşüb: Ölənlər var - 09 Dekabr 2017, 21:37
"Hər yerim orijinaldır" deyən Hadisənin yalanı üzə çıxdı - 09 Dekabr 2017, 21:15
Qurban Qurbanov mükafatına qovuşdu - Fotolar - 09 Dekabr 2017, 20:49
Natavanla Dado barışıb? - 09 Dekabr 2017, 20:19
Bakıda tikilməkdə olan bina uçub - FOTO - 09 Dekabr 2017, 20:06
“Bakı Metropoliteni”ndə ixtisarlar başladı - İşçilər etiraz edir - 09 Dekabr 2017, 19:51
"Gənclik Mall"un icraçı direktoru ziyarətçiləri hədələdi - FOTOLAR - 09 Dekabr 2017, 18:13
Aygünün ərə getdiyi şəxsin kimliyi açıqlandı: 150 minlik orkestr gəlir - 09 Dekabr 2017, 14:49
İlhamə Quliyevanın oğlunun həbsi təsdiqləndi - RƏSMİ - 09 Dekabr 2017, 12:35
Prezidentin icra başçılarına verdiyi vaxt bitir - Kimlər vəzifədən gedəcək? - 09 Dekabr 2017, 12:32
Bakıda özünü binadan atan qız tələbə imiş - FOTO - 09 Dekabr 2017, 11:26
“Buta Airways”-dən şikayətlər çoxalır — Şirkətdən unikal cavab - 09 Dekabr 2017, 11:14
İlhamə Quliyevanın gəlini ərinin həbs xəbərindən danışdı - 09 Dekabr 2017, 11:07
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10