23:10 Bazar Ertəsi, 24 Sentyabr 2018
Maqazin

Elnur Hüseynov yeni duetini təqdim elədi - VİDEO - FOTOLAR

12:46, 12.03.20181257
Elnur Hüseynov yeni duetini təqdim elədi - VİDEO - FOTOLAR

Tanınmış müğənni Elnur Hüseynov yeni klipini təqdim edib.

AZXEBER.COM xəbər verir ki, məşhur hotellərin birində keçirilən tədbirə Xalq artisti Aygün Kazımova, Əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Mehriban Zəki, müğənnilər Nigar Camal, Samir Cavadzadə, aparıcılar Nərgiz Cəlilova, Kamilə Babayeva, Ranar Musayev, Kazım Sübhan, aktrisa Vəfa Zeynalova, bəstəkar Gövhər Həsənzadə və başqaları qatılıb.

Cəlal Qurbanovun təşkil etdiyi gecədə Elnur Hüseynov və Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na adı düşən Fidan Hüseynovanın "Say Hallelujah” adlı klipi təqdim edilib.

Gecənin aparıcılığını edən Ranar Musayev bildirib ki, bu layihə bəşəridir:

"Bu layihə lokal deyil, əksinə, çox bəşəridir, məna və məzmun etibarilə Azərbaycan hüdudlarına sığmır, bütün dünyaya ünvanlanır. Bu, iki Azərbaycan insanının dünyaya, dünyanı idarə edən qüvvələrə göndərdiyi mesajdır. Bu mesajla dünyadan yalnız haqq, ədalət və əmin-amanlıq istədiyimizin söyləyirik”.

Klipi ərsəyə gətirən rejissor Ülviyyə Könül belə bir layihədə iştirakdan məmnunluq duyduğunu deyib.

Mahnının həm ifaçısı, həm də bəstəkarı olan Elnur Hüseynov isə həmkarlarını birliyə səsləyib. O söyləyib ki, bu mahnı insanları sülhə səsləyir:

"Hüseynovlar ailəsi ilə tanış oldum. Gözəl bir ailədir. Fidan böyük bir güc topladı və uşaqların adından söylədi ki, bu, pis zəmanə bitsin. Nigar xanıma tərcümə üçün "çox sağ ol” deyirəm. Düşünürəm ki, insanlar bəyənəcək”.

Şeiri tərcümə edən şairə, "Söz” ədəbi layihəsinin təsisçisi Nigar Həsənzadə isə tərcümənin çətin olduğunu bildirib:

"Şair üçün mahnını tərcümə etmək asan iş deyil. Çünki sözün azadlığı və sərbəstliyi məhdudlaşır. Orijinal versiyasına mütləq uyğun olmalıdır. Cəlal bəyin şeiri o qədər həssas mövzuda yazılıb ki, əlbəttə ki, bu işə böyük həvəslə başladım. Bu, çox aktual mövzudur, müharibələr və terror dünyanın yaralı yeridir. Hamımız istəyirik ki, müharibələrə son qoyulsun, balalarımız sağlam və xoşbəxt böyüsün. Qoy, bizim nə düşündüyümüzü dünya da bilsin. Qoy, görsünlər ki, bizim istəyimiz, məramımız yalnız sülh və əmin-amanlıqdır. Mahnının əsas təsir qüvvəsi ideyadadır. İdeya isə budur ki, bu bəşəri sözlər körpələrin dilindən səslənir”.

Əməkdar artist Mehriban Zəki tədbir zamanı "Körpələrin səsi” adlı şeiri səsləndirib:

"Əslində, mənim yerimdə Cəlal Qurbanov oturmalı idi. O, mənim uşaqlıq dostumdur, ərkim çatır. Ona görə dedim ki, bu şeiri mən oxumaq istəyirəm”.

 









XƏBƏR LENTİ