20:44 şənbə, 23 Fevral 2019
SİYASƏT

"Elnur Hüseynzadə Şuşadan Ermənistana aparılıb" - Dövlət Komissiyası

19:17, 05.02.20194996
2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən "azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Bu barədə AZXEBER.COM-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.
XƏBƏR LENTİ