12:26 Cümə, 15 Dekabr 2017
Maqazin

“Elşaddan başqa kişi ilə öpüşmərəm” - Oksana

16:54, 07.08.2017625
“Elşaddan başqa kişi ilə öpüşmərəm” - Oksana
Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən söhbət açıb. 

AZXEBER.COM-un məlumatına görə, "Xəzər Maqazin” verilişinə açıqlama verən rəqqasə Elşadla yenidən ailə quracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib.

O, bildirib ki, cütlük hələlik bu haqda düşünmür: "Həyatımda bir kişini sevmişəm. O da Elşad olub. O, mənim, mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizi gözəl tanıyırıq. O, bilir ki, mən tamaşaçıların qarşısında ayrı bir adamla öpüşə bilməzdim. Ona görə də, "Mələyin öpüşü” filmində birlikdə rol aldıq. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayaq. Ayrılmağımızdan çox vaxt keçib, 5 il az vaxt deyil. Bir yerdə deyilik, hələlik belə bir fikrimiz də yoxdur”.

Qeyd edək ki, Elşad Xose bir müddət əvvəl heç bir ekran işində başqa xanımla səmimi rola çəkilməyəcəyini demişdi.
0
XƏBƏR LENTİ