02:01 çərşənbə Axşamı, 21 Avqust 2018
İDMAN

"Çelsi" dünyanın ən bahalı qapıçı transferini reallaşdırır

15:33, 08.08.20182930
"Çelsi" "Real"a keçidi gündəmdə olan Tibo Kurtuaya əvəzləyici tapıb.

"Zadəganlar" "Atletik"in qapıçısı Kepa Arrisabalaqanı heyətinə cəlb edir. Bu barədə "Marca" nəşri məlumat yayıb. Bildirilir ki, bu gün futbolçu keçidi rəsmiləşdirmək üçün Londona gedəcək.

İddiaya görə, ingilislər qapıçının müqaviləsində qeyd edilmiş 80 milyon avronu ödəyəcək. Bununla da 23 yaşlı "əlcək sahibi" dünyanın ən bahalı qapıçısı olacaq.
 
///Milli.Az 
XƏBƏR LENTİ