03:54 çərşənbə Axşamı, 23 Aprel 2019
Maqazin

Əməkdar artistdən qızına oxuma qadağası: "Şou-biznesdə onu yeyərlər"

15:11, 08.02.20197328
Əməkdar artistdən qızına oxuma qadağası:
Əməkdar artist Gövhər Rzayeva müğənnilik edən qızı Ülkər Məmmədovaya qadağa qoyub. 

Qarmon ifaçısı əvvəlcə qızının oxumasına icazə versə də, sonradan fikrindən daşınıb. Bu haqda "5/5" verilişində danışan Rzayeva bildirib ki, övladını sənətdən uzaqlaşdırıb:

"İstəmədim... Orada akulalar var ki, onu yeyərlər. Lazım deyil. Bu sənət çox ağırdır".
 
Qeyd edək ki, G.Rzayevanın 4 övladı var. Ülkər onun kiçik qızıdır. 
 
///Axşam.az
XƏBƏR LENTİ