20:44 Cümə, 20 Sentyabr 2019
İQTİSADİYYAT

"Əməyin diversifikasiyası başlıca makroiqtisadi hədəflərdən biri olmalıdır" – İqtisadçı Ekspert

12:38, 19.08.20192710
İşsizliyin azaldılması hər bir dövlətin başlıca makroiqtisadi hədəflərindəndir. Bu hədəflərə yönəlik iqtisadi instrumentlərə baxdığımızda, işsizliklə mübarizə prosesinin həm fiskal həm də monetar siyasətin tərkib hissəsi olduğunu görə bilərik. Əmək bazarının yaxşılaşdırılması istiqamətində görülən işlər yalnız əməyin statistik olaraq böyüməsi deyil eyni zamanda sosial baxımdan təkmilləşdirilməsidir. Əmək şəraitinin yaxşılaşdırılması, iş saatlarının tənzimlənməsi, etik kodların formalaşması, həmkarlar ittifaqları kimi nüanslar da əmək prosesinin təkmilləşməsində xüsusi rol oynayan amillərdir.

Bu haqda İqtisadçı eskpert – İstanbul Universitetinin doktorantı Cavid Süleymanlı AZXEBER.COM-a açıqlamada qeyd edib ki, iqtisadi nəzəriyyəyə görə fiziki və zehni olaraq çalışmağa əlverişli olan hərkəs əmək bazarının bir subyektidir. Bu tərifi; işləmək istəyən, iş axtaran və yaş kimi faktorları qataraq daha da konkretləşdirə bilərik. Burada əsas toxunmaq istədiyim məqam əməyin artmasının təminindən daha çox onun sektorlar arasındakı dağılımıdır. Belə ki, kənd təsərrüfatı, sənaye, istehsalat, xidmət və dövlət olaraq ayıracaq olarsaq kənd təsərrüfatının lehine nəzərə çarpacaq bir əmək ağırlığı müşahidə edilməktədir. Belə ki, ötən ilin yekunlarına görə əhalinin 36,4 %-i kənd təsərrüfatı sahəsində çalışmışdır.Bu baxımdan kənd təsərrüfatının ən yaxın izləyicisi olan sektorun 14,6 % ilə ticarət sektoru olduğu görülmüşdür. Digər sektorların hamısının 10 %-in altımda qalması və ilk iki sektor arasındaki fərqin yüksək olması əməyin sektorlar arasındaki bölgüsündə arzuolunan diversifikasiyanın olmadığının göstəricisidir.  

Turizm, təhsil, sosial sahələrdəki əməyin say baxımından kənd təsərrüfatından bu qədər çox geridə qalması uzun dönəmdə iqtisadi böyümə üzərində mənfi təsir göstərə bilər. Çünki, iqtisadi böyümənin əsas sütunu olan əmək bazarında bir iqtisadi sahədə cəmləşməsi böyük risk daşıyır. Kənd təsərrüfatını bir sektor olaraq xarakteristik cəhətlərinə görə dəyələndirəcək olarsaq, valyuta şoklarına dərhal təsir göstərməsi, mövsümi dalğalanmaların yüksək olması kimi xüsusiyyətlərinə görədə arzuolunan diversifikasiyaya bir an öncə çatılması gərəkməktədir.

Milli iqtisadiyyatın hədəflənən makroiqtisai göstəricilərə çatması baxımından əməyin diversifikasiyası mütləqdir. Davamlı iqtisadi inkişafın təmini iqtisadiyyatın bir sektorunu, iqtisadi böyümənin lokomativi halına gətirmək deyil. Əksinə, bütün sektorların bərabər səviyyədə inkişafını təmin etməkdir. 



XƏBƏR LENTİ