01:08 Bazar Ertəsi, 20 May 2019
SOSİAL

"Emil 444" ilə birgə bıçaqlanan şəxs əməliyyatdan sonra xəstəxanadan qaçdı

11:44, 10.05.20192233
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib. Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Qətlə yetirilən Emil Səfərovdan başqa 2 nəfər də bıçaqlanıb. Bıçaq xəsarəti ilə Əli Yusifov 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. O, döş qəfəsinin sol tərəfindən bıçaqlanıb. Xəstəxanada onun yarasına tikiş vurulub. Həkimlərin israrına baxmayaraq o, xəstəxanada qalıb müalicə almaqdan imtina edib.

Sözügedən şəxs gecə ilə 1 saylı Kliniki Tibbi Mərkəzi tərk edib.
 
///Unikal.org
XƏBƏR LENTİ