21:13 Bazar Ertəsi, 19 Avqust 2019
SİYASƏT

Emin Milli İlham Əliyevdən üzr istədi

10:56, 13.05.20193342
Emin Milli İlham Əliyevdən üzr istədi
"İlham Əlievdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.

AZXEBER.COM xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb.

Emin Milli qeyd edib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır: "Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik”. Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.

İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.

Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.

Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur”.
XƏBƏR LENTİ