22:40 Cümə Axşamı, 19 Sentyabr 2019
SİYASƏT

'Emin Millinin cəhdləri bu dəfə də boşa çıxacaq' - YAP-çı gənclərin sədri

13:00, 25.04.20131626
'Emin Millinin cəhdləri bu dəfə də boşa çıxacaq' - YAP-çı gənclərin sədri

Xəbər verdiyimiz kimi, Azərbaycanda yeni internet televiziyanın əsası qoyulub. Daha çox müxalif auditoriyaya xitab edəcək olan "Meydan TV"-nin əsasını qoyan blogger Emin Milli yeni televiziyanın gənclər üçün “meydan” olacağını bildirib.

AZXEBER.COM məsələ ilə bağlı YAP Gənclər Birliyinin sədri Seymur Orucovun münasibətini öyrənib. Seymur Orucov portalımıza verdiyi açıqlamada yeni layihədən heç nə gözləmədiyini bildirib:

“Bunlar dəfələrlə belə işlər görmək istəsələr də, hər dəfə bunlar layihə kimi qalıb. Mən o adamlardan heç nə gözləmirəm. Gənclər lazımı təşkilalatlarda, lazımı insanların ətrafına toplanıblar və onların ətrafında irəliləyirlər. Emin Milli kimi xaricdə oturub, yaxud xaricdə kiminsə havadarı olmaqla televiziya kanalı açmaq, onlara xidmət etmək və digər ölkədə hər hansı çaxnaşma yaratmaq cəhdləri boşa çıxacaqdır. Çünki bu cəhdlərin hər hansı sosial mənbəyi olmalıdır, o da ki yoxdur. Bu cəhdlər boş olub və boş olaraq da qalacaq, bu sözlərimi deyirəm və zaman da bunu göstərəcək. Əgər bir vətandaş ki öz ölkəsini sevmirsə, necə ölkənin inkişafında əhəmiyyət göstərə bilər. Sadəcə olaraq bəzi insanların içlərində məşhurlaşmaq və ya cəmiyyətdə özlərini göstərərək hər hansı bir fon yaratmaq istəkləri var. Hazırda ölkədə gənclərin sosial siyasi fəaliyyətlərini genişləndirmək üçün kifayət qədər gənclər təşkilatları var, əgər onlar bundan yararlanmağı deyil, hər hansı xaricdən maliyyələşən qeyri-hökümət təşkilatları ilə iş birliyi etməyi seçirlərsə, demək bu gənclərin içində vətən sevgisi yoxdur.”

Fatimə İbrahimova

XƏBƏR LENTİ