"Çempion olmadan əvvəl yüksək maaş alır, indiki kimi komfortlu həyat sürürdünüz?"

31 İyul 2017, 15:19
AAA

Sabiq deputat, jurnalist Etibar Hüseynov iki gün öncə etiraz edən idmançılar barədə yazıb.

O, öz yazısını çap olunması üçün AZXEBER.COM-a yollayıb.

"Dünya və Olimpiya çempionu olmuş güləşçilərimizin etiraz aksiyasını bir çoxları kimi mən də təəssüflə izlədim. Hər bir halda məsələni ictimailəşdirmədən, (düşmənlərimizi sevindirmədən!) sadəcə cənab prezidentə bir müraciətlə də həll etmək olardı. Çünki ölkə başçısının idmana və idmançıya diqqəti məlumdu.

Sözüm sizədi, əziz dostlar, əziz idmançılar! Hər biriniz bizim fəxrimiz, qürurumuzsunuz. Çünki uzun illər ən çox tamarzı qaldığımız qələbə sevincini də bizə məhz sizlər yaşadıbsınız. Buna görə bir daha sevgi və sayğılar hər birinizə. Amma bu nailiyyətinizə görə dövlət də, millət də sizlərə əlindən gələni artıqlaması ilə edib axı. Bu gün – beynəlxalq yarışlara sayılı günlər qaldığı bir vaxtda maaş davası eləmək, bir sıra şantaj xarakterli, ultimativ tələblər səsləndirmək heç sizlərə yaraşırmı? Axı dünyanın heç bir ölkəsində idmançı bu qədər hörmət və diqqətlə dəyərləndirilmir. (Bir sıra ən varlı və hegemon dövlətlərlə bağlı müqayisələr hətta təəccüb belə doğurur.) Bu gün "qanuni maaşımızı istəyirik” deyirsiniz.

Tamam, haqqınızdır. Bəs hər dəfəsində aldığınız fantastik məbləğdə rəsmi mükafatla bərabər, həmin mükafatın az qala həcmi qədər də qeyri-rəsmi hədiyyə və mükafatlar da alıbsınız axı. İndi isə bir qədər gecikdiyinə görə aylıq maaş davası edirsiniz. Bəyəm çempion olmadan əvvəl yüksək maaş alır, indiki kimi komfortlu həyat sürürdünüz? Nə oldu, ölkə bir balaca iqtisadi çətinliklər yaşayan kimi nədən ona dil uzatdınız?! İnciməyin, amma bir çoxları kimi mən də bunu bəzilərinin qarşıdan gələn yarışlarda uğrayacağı məğlubiyyətdən sığortalanmaq cəhdi, bəhanə kimi qiymətləndirirəm.

Bu dövlət heç kimə sizə göstərdiyi diqqət qədər dəyər verib, mükafatlandırmayıb. Hətta buna görə onu kifayət qədər qınayıblar da. Amma təəssüflər olsun ki, bir çoxları bu diqqət və qayğıdan ruhlanıb daha böyük nəticələr əldə etmək əvəzinə, səs-soraqları idmandan başqa haralardan desən gəldi. Növbəti yarışmalarda isə biabırçı nəticələr və sairə… Dünyanın idman ulduzları əldə etdikləri mükafatların önəmli bir hissəsini sosial fond və ya xeyriyyə aksiyalarına sərf etdikləri halda, sizin timsalınızda bunun şahidi olmadıq. Amma bu, önəmli deyil, öz halal pulunuzdu, özünüz bilərsiniz. Lakin bu gün hansısa müvəqqəti maliyyə sıxıntısına görə bütün edilənlərin üstündən xətt çəkmək də sizə yaraşmaz. Allah eşqinə, kimlərinsə təxribatlarına uyaraq (və ya hisslərə qapılaraq) min bir əziyyət hesabına əldə etdiyiniz ümumxalq məhəbbətinə kölgə salmayın. Düşmənlərimizi sevindirməyin, əllərinə bəhanə, girəvə verib, dəyirmanlarına su tökməyin. Allah xatirinə, böyük qələbələri, kiçik hisslərə, cılız məsələlərə qurban verməyin. Siz qazandığınızı qazanmısınız, həm maddi, həm də mənəvi mükafatınızı almısınız. Azərbaycanın idman tarixinə adınızı qızıl hərflərlə yazıbsınız. Artıq bu gün sizin gənclərə, sizdən sonra gələnlərə nümunə, örnək olan vaxtınızdı. Sizə baxıb, idmana gələnlər, sizə baxıb, çempion olmaq istəyənlər az deyil. Elə isə bir yaxşı fikirləşin, bu hərəkətiniz, bu davranışınız onların təsəvvürlərini necə dəyişə bilər? Bunu etməyin. Sizi sevirik və hər birinizdən qələbə sevinci, qələbə xəbərləri gözləyirik. Azərbaycan naminə irəli!”.


Oxunma sayı : 11071

SON XƏBƏRLƏR
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
İraqın şimalındakı “referendum”u dəstəkləyən şöbə müdiri işdən çıxarıldı - 23 Noyabr 2017, 16:32
Azərbaycan UEFA-nın reytinqində - 23 Noyabr 2017, 16:13
Tovuzda 27 yaşlı qadın bit dərmanı içdi ki ölsün, amma... - 23 Noyabr 2017, 15:46
"Uşaq pulu bərpa edilsin" - Deputatdan təklif - 23 Noyabr 2017, 15:44
Bir manatlıq pullar dəmir olacaq - Azərbaycanda - 23 Noyabr 2017, 15:38
Prezident Ağacan Abiyevi təltif etdi - SƏRƏNCAM - 23 Noyabr 2017, 15:33
MTN generalları məhkəmədə ifadə verdi - 23 Noyabr 2017, 15:31
Dino Ndlovu: “Adamın çəkdiyi əziyyətə heyfi gəlir” - 23 Noyabr 2017, 15:26
Millimiz FİFA reytinqində yenə gerilədi: 117-ci yerdəyik - 23 Noyabr 2017, 15:23
Nazir müavinindən pensiyaçılara ŞAD XƏBƏR - 23 Noyabr 2017, 15:18
"Bu alimlər də evlə təmin olunacaq" - Akif Əlizadə - 23 Noyabr 2017, 15:10
Müğənnidən etiraf: "Ərim qatil olmasın deyə dalaşmıram" - 23 Noyabr 2017, 15:05
Tanınmış yazıçının şeir kitabı çıxdı - 23 Noyabr 2017, 14:46
Jurnalist Natiq Qədimov dəfn edildi – Foto - 23 Noyabr 2017, 14:37
Gerye: "Hakim bizi "öldürdü"" - 23 Noyabr 2017, 14:33
Simeone: ""Qarabağ"ın "Roma"dan xal alacağına inanmalıyıq" - 23 Noyabr 2017, 14:28
Azərbaycan prezidenti NATO-nun Şimali Atlantika Şurasının iclasında - FOTO - 23 Noyabr 2017, 14:21
"Qarabağ"ın futbolçusunun qırmızı "Posche"si - FOTOLAR - 23 Noyabr 2017, 14:13
Bakıda yüzminlik maşını cızıq-cızıq edib üstünə zibil atdılar - VİDEO - 23 Noyabr 2017, 13:40
“Siz Milli Məclisin binasına nə vaxt daxil olmusunuz?" - Oqtay Əsədov deputatın təklifinə sərt reaksiya - 23 Noyabr 2017, 13:37
“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov - 23 Noyabr 2017, 13:02
“Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı - RƏZİLLİK - 23 Noyabr 2017, 12:51
Qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq - 23 Noyabr 2017, 12:45
Milli Məclisə 24 milyon ayrıldı - 23 Noyabr 2017, 12:35
İngilis mediası "Qarabağ"ı lağa qoydu - FOTO - 23 Noyabr 2017, 12:30
Dövlət Yol Polisi işçi axtarır - 23 Noyabr 2017, 12:27
21 yaşlı 4 uşaq anası: Ərim məndən başqa 5 qız qaçırıb – VİDEO - 23 Noyabr 2017, 12:26
Qənirə Paşayeva Fəxri Fərmana layiq görüldü - 23 Noyabr 2017, 12:20
Beynəlxalq Bank 2018-ci ildə özəlləşdirilməyə çıxarılacaq - 23 Noyabr 2017, 12:08
Qriplə bağlı - Rəsmi açıqlama - 23 Noyabr 2017, 11:44
Xatirə "Qarabağ"ın oyununda paylaşdığı fotoya görə tənqid olundu - FOTO - 23 Noyabr 2017, 11:41
Türkiyəli məşhur şəhidləri təhqir etdi - VİDEO - 23 Noyabr 2017, 11:12
“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı - 23 Noyabr 2017, 11:06
Bu da Kıvanç Tatlıtuğun yeni dəbdəbəli evi - Foto - 23 Noyabr 2017, 10:50
Avtobus ahıl qadını vurdu - Piyada zolağında - FOTO - 23 Noyabr 2017, 10:28
""Qarabağ"a dörddən çox qol vura bilərdik" - "Çelsi"nin futbolçusu - 23 Noyabr 2017, 10:22
"Süfrə başında dünyasını dəyişdi" - 23 Noyabr 2017, 10:17
Cəbhədə gərgin gecə - 23 Noyabr 2017, 09:59
Azərbaycana 22 sm-lik qar yağdı - 23 Noyabr 2017, 09:52
796 nəfər cərimə olundu - Pərdəyə görə - 23 Noyabr 2017, 09:48
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10