06:41 Bazar Ertəsi, 22 Yanvar 2018
SİYASƏT

Energetika naziri Səudiyyə Ərəbistanına gedir

22:10, 12.01.2018312
Energetika naziri Səudiyyə Ərəbistanına gedir
Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihin dəvəti ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 13-16-da bu ölkədə səfərdə olacaq.
 
Energetika Nazirliyindən  verilən məlumata görə, səfər zamanı keçiriləcək görüşlərdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, "Saudi Aramco” şirkəti ilə əməkdaşlıq perspektivləri, eləcə də dünya neft bazarının tənzimlənməsi istiqamətində Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərçivəsində Azərbaycanla Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin inkişafına dair bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
 
Nümayəndə heyətinin Səudiyyə Ərəbistanında bir sıra istehsalat komplekslərinə baş çəkməsi də nəzərdə tutulub.
0
XƏBƏR LENTİ