00:12 çərşənbə, 24 Oktyabr 2018
SOSİAL

“Enerji içkilərini seçərkən diqqətli olmağa çalışıram”

13:17, 22.09.20187530
“Enerji içkilərini seçərkən diqqətli olmağa çalışıram”
Son dövrlər istifadəsi sürətlə artan və gənclər arasında geniş yayılmış enerji içkiləri 1987-ci ildən Avropa ölkələrində istifadə olunmağa və qısa zamanda dünyanın bir çox ölkələrinə yayılmağa başlayıb. İş fəaliyyətini optimallaşdırmaq, daha çox yuxusuz qalmaq və gümrah olmaq üçün istifadə olunan bu növ içkilər ölkəmizdə də geniş yayılmaqdadır. Daha çox gənclər arasında populyarlaşan enerji içkilərini orta yaşlı insanların da istifadə etdiyini görmək olur. Bəs, enerji içkilərini seçərkən nəyə diqqət etmək lazımdır?

AZXEBER.COM-un müsahibi Məhəmməd Məmmədov deyir ki, tələbə olduğu üçün gününün böyük hissəsini universitet və kitabxanada keçirir. Dərslərinin ağırlığına görə, xüsusilə də imtahan dövrlərində enerji içkilərindən çox istifadə etdiyini qeyd edən həmsöhbətimiz, bunun ona daha az yatmasına və mütəmadi hərəkətli olmağına kömək etdiyini bildirir. 4-cü kurs tələbəsi olan Məhəmməd enerji içkilərinin bazarda çox olduğunu, buna görə də seçim edərkən çox diqqətli olmağa çalışdığını deyir. Məhəmmədin sözlərinə görə, digər içkilər kimi enerji içkilərinin də tərkibinin nə olması onun üçün vacib amillərdəndir. Eyni zamanda, o qeyd edir ki, bu seçimdə dostlarının da fikirlərini almaqdan çəkinmir:

"Bəzən baxırıq ki, yeni bir içkidir və daim aldığımız içkidən də hətta bir az ucuzdur da, amma dost- tanışdan soruşanda bəlli olur ki, ya dadı yaxşı deyil, ya da əks effektləri var. Ona görə də çalışırsan ki, dost-tanışın tövsiyələrindən və ən əsası da bazarda oturuşmuş enerji içkilərindən istifadə edəsən. Eyni zamanda, reklam üçün seçilmiş üz də çox önəmlidir. Gərək onu təqdim edən sima da güvənilən, etibarlı olsun. Mən tanınmış TV aparıcısı İlkin Həsəninin siması olduğu enerji içkisindən istifadə edirəm və bu seçimdə o böyük rol oynayıb”.

Bəs görəsən, enerji içkilərinin enerji mənbəyi nədir? Araşdırmalara görə, əsas hissəsi – təqribən 90%-i sudan ibarət olan bu növ içkilərin digər əsas inqrediyenti gündəlik çay və kofedə də istifadə olunan kofeindir. Stimulyator funksiyasını həyata keçirən kofeinin 80 mg-ı insanın əqli funksionallığını, ürək-damar sisteminin dözümlülüyünü artırır. Həm ətdə, həm ana südünündə, həm də əksər uşaq yeməklərində mövcud olan taurin maddəsi isə energetiklərin əvəzolunmaz tərkib hissəsidir. Əksər enerji içkilərində B vitaminindən də istifadə olunur ki, bu da sinir sistemi və beynin normal inkişafına müsbət təsir edən amillərdəndir. İçilən zaman əldə olunan şirin dad üçün isə şəkər və müxtəlif dadlandırıcı maddələrdən istifadə olunur.

"Bəs enerji içkilərinin istifadəsi zamanı insanların diqqət etməli olduqları nüanslar varmı?” sualı ilə Azərbaycanda enerji içkisi bazarına oturuşmuş, söz sahibi "HELL” şirkətinə müraciət etdik. Təmsil etdiyi enerji içkisinin beynəlxalq və yerli qurumlar tərəfindən xüsusi keyfiyyət lisenziyası aldığını deyən müsahibimiz onlar üçün insan sağlamlığının mühüm olduğunu və bu məsələyə həssaslıqla yanaşdıqlarını qeyd edir. "HELL” şirkətinin nümayəndəsi, eyni zamanda, əlavə edir ki:

""HELL” olaraq, bu məsələyə çox həssas yanaşır və məhsullarımızın üzərində hər zaman tərkibini, tövsiyə olunan günlük istifadə sayını qeyd edirik. Eyni zamanda, bütün tədbirlərimiz və kampaniyalarımızda uşaqlara, hamilə və laktasiya dövründə olan qadınlara məsləhət görülmədiyini vurğulayırıq. Bununla yanaşı, şirkət olaraq düşünürük ki, hər bir istifadəçi enerji içkisinin qədərini orqanizminin kofein tələbatına uyğun olaraq nizamlamalıdır”.
XƏBƏR LENTİ